Xanımlar, bilmirəm bu mövzuda nə düşünürsünüz, amma mənim kimi yəqin sizin də içinizdə bu rəngdə ayaqqabıları görüb almaq istəyənləriniz olub. Bu rənglərdən istifadə bir az cəsarət tələb edir, çünki həddindən artıq diqqət cəlb edir. Hal-hazırda neon rənglərdən ayaqqabıdan, dırnaq boyasından, çantadan, həmçinin aksessuarlardan da istifadə olunur. Bu rənglərdən istifadə etmək çox çətindir, lakin düzgün kombinə edilsə ortaya gözəl görünüş çıxar.
Mövsümə uyğun olaraq sizə təqdim edəcəyim çəkmələri sadə paltarla kombinə etdikdə, bu gözəl çəkmələri ön plana çıxararaq hər kəsin diqqətini öz üzərinizə çəkə bilərsiz. Həmçinin belə ayaqqabıların istifadəsində sadə makiyaj edilməsi və düzgün dodaq rəngi seçilməsi məsləhətlidir. İndi isə sizə parlaq rəngdə olan çəkmələr təqdim edirəm.
Bu sport üslubunda olan çəkmədə neon rənglərin qarışığı göz oxşayır.
Neon rənglər idman üslubunda olan bu çəkmələrə daha da cazibəli görünüş verir.
Xanımlar, məncə bu çəkmənin ön hissəsinin açıq olması qeyri-adi görünüş verir.
Gözəlliyi və qeyri-adi görünüşü ilə göz oxşayan bu çəkmələri isə geyinmək çox böyük cərasət istəyir.
Əziz xanımlar, çəkmələrdəki neon rənglər haqqında siz nə düşünürsünüz?