Qadin.NET / Fərqli gəlin ayaqqabıları

Fərqli gəlin ayaqqabıları

Dəbli və fərqli bir gəlin olmaq istəyirsiniz? O zaman bu ayaqqabılar tam sizin üçündürBir-birindən daha cazibədar və gözəl olan gəlin ayaqqabılarını görüb heyran qalmamaq mümkün deyil. Dünya trendlərinə baxsanız, artıq toylarda rəngarənglik çoxdur. Gəlinlər! İstədiyiniz rəngdə, istədiyiniz formada olan ayaqqabı geyinə bilərsiniz.

Ən əhəmiyyətli olan şey sizin nəyi sevdiyinizdir. Rəngli gəlin ayaqqabılarınızı eyni rəng çiçəklərlə kombinə etsəniz, çox cazibədar bir gəlin ola bilərsiniz.

Rahatlığını düşünən gəlinlər üçün üzərinə yazılar olan bu ayaqqabı çox qəşəng yaraşacaq. 

Fərqli gəlin ayaqqabıları

Fərqli olmaq istəyən gəlinlər klassik ayaqqabılardan hər gün uzaqlaşır. Yeni trend, fərqli gəlin ayaqqabıları xüsusi dizayna malik olduğuna görə bir az xərcə düşüb bu cür ayaqqabıları ala bilərsiniz. 

Fərqli gəlin ayaqqabıları

"İncə dabanlar mənim üçün rahat deyil, babet modellər mənə uyğun deyil, həm rahat, həm də hündürdaban olsun" deyirsinizsə, bu cür gəlin ayaqqabıları tam sizin üçündür. 

Fərqli gəlin ayaqqabıları

İnci sevən gəlinlər! Gəlin ayaqqabısında incidən istifadə edə bilərsiniz. 

Fərqli gəlin ayaqqabıları

Rahatlığını düşünən gəlinlər üçün toyda babet imtina edilməzdirxüsusilə dikdaban gəlin ayaqqabısının geyinilməsi çətin olduğu yay toyları üçün.

Fərqli gəlin ayaqqabıları

Adi gəlin ayaqqabılarından fərqli ayaqqabıya sahib olmaq istəyən gəlinlər yalnız xüsusi dizaynlarıyla deyil, rəng seçimləriylə də seçim edə bilərlər. Rəngli gəlin ayaqqabınızı seçərkən buna uyğun gəlin çiçəyi, beliniz üçün eyni rəngdə lent ala bilərsiniz.

Fərqli gəlin ayaqqabıları
Şəkildə gördüyünüz bu gəlinlik ayaqqabısını fərqliliyi ilə seçilmək istəyən  gəlin namizədi geyinə bilər. Bəy və gəlinin ilk rəqsi zamanı bu ayaqqabılar  xüsusi ilə diqqət mərkəzində olacaq.
Fərqli gəlin ayaqqabıları
Bu dizə qədər olan isti ayaqqabı qışın oğlan çağında gəlin köçən qızlar üçün vazkeçilməz seçim ola bilər.
Fərqli gəlin ayaqqabıları
Aşağıda şəklini gördüyünüz qeyri-adi gəlin ayaqqabısını isə  Cristian Diorun 2009-cu ildə Parisdə keçirilən moda sərgisində numayiş edilib.  
Son şəkildə gördüyünüz qeyri-adi gəlinlik ayaqqabısını isə hələ heç bir gəlin namizədi geyinməyib. İlk dəfə 2013-cu il mart ayında Almaniyada sərgilənən bu ayaqqabı fərqliliyi ilə göz oxşayıb. 
Fərqli gəlin ayaqqabıları
6 dekabr 2013
GO BACK