Əziz xanımlar, hər il moda dünyasında geyimdə, ayaqqabıda, çantada, aksessuarda və s. dəyişikliklər olur. Belə dəyişikliklər hər bir xanımın arzusu olan gəlinlik və gəlin ayaqqabılarında da baş verir. Hər bir xanım öz toyunda istəyir ki, gözəl görünsün. Buna görə də gəlinlik seçimi çox çətin olur. Xanımlarımızın çoxu da gəlinliklə yanaşı gəlin ayaqqabısı seçimində daha gözəl və daha incə ayaqqabı seçməyə üsdünlük verirlər. Mən də bugün gəlin ayaqqabısını seçməkdə çətinlik çəkən xanımlara bir neçə gəlin ayaqqabısı təqdim edəcəm.
İlk əvvəl hamının sevdiyi ağ rənglə başlıyaq. Aşağıda gördüyünüz ayaqqabı güpür güllərlə bəzədilmiş və güllərin arasına inci düzülmüşdür. Ayaqqabının uc hissəsində isə nazik metal rengində dəmirin olduğu görünür.
Burnu açıq mirvari və qaşlarla bəzədilmiş bu ayaqqabı çox gəlinlərimizin xoşuna gələcək.
Bu ayaqqabını geyinmək insanda cəsarət tələb edir.
Çox gözəl güpür parçayla və çox az parıltılı qaşlarla bəzədilmiş bu ayaqqabı məncə çox gözəldir.
Gəlinliyi kimi ayaqqabısının parıltılı olmağını istəyən gəlinlərimiz bu ayaqqabını seçim edə bilərlər.
Bu ayaqqabı da çox gözəldir.
Bu model ayaqqabıları sevən xanımlarımız üçün çox ideal seçimdir.
Güpür tüldən və üzərində atlas parçadan güllə bəzədilmiş burnu açıq bu ayaqqabı da toy mərasimində gəlinlərimizin ayağına çox zərif görünüş bəxş edər.
Əgər "Mən toyumda babet ayaqqabı geyinəcəm" deyən xanımlarımız varsa buyurun. Bu da sizə gəlinlik babet ayaqqabı.