Ayaqqabılar xanımların qarderobunda əsas yeri tutur. Son zamanlar şəhərdə, mağazaların vitrinlərində daha çox hündür dabanlı ayaqqabılara rast gəlirik. Bəzi xanımlarımız var ki, onlar çox hündür dabanlı ayaqqabıları xoşlamırlar. Xüsusilə də hündürboylu və nisbətən yaşlı xanımlarımız... Elə bu xəbərimi də onlar üçün hazırlamışam. Buyurub baxa bilərsiniz...
Bu ilin dəbli rəngi, model isə çox sadə bir modeldir.
Köhnə model ayaqqabılara oxşasa da gündəlik rahatlıq üçün yaxşı bir seçimdir...
Yeniyətmə qızlar üçün...
Klassik tərzdə olan orta yaşlı xanımlarımız üçün... Sadə bir donla çox gözəl görünər...
Hündürboylu xanımsınız? Bu ayaqqabı tam sizlikdir, daban hissə xüsusilə gözəl görünür.
Bu ayaqqabı əsl ziyafət üçün düşünülüb, rəngini xüsusilə bəyəndim.
Yaş fərqi yoxdur. İstər gənc xanımlarımız i stərsə də orta yaşlı xanımlarımız sadə bir donla yaxud da ətəklə uyğunlaşdırıb geyinə bilər.
Məncə bu ayaqabı 50-60 yaş arası xanımların zövqünü oxşayacaq...
Sadəcə mükəmməl görünür.
Bir az da sadəlikdən uzaqlaşaq...
Çoxumuz sarı rəngi sevmirik, amma sarı rəngin də öz yeri var, başqa bir sarı rəngdə olan aksessuarla uyğunlaşdırıb geyinsəniz pis olmaz.
Bu ayaqqabıda ayağınız daha da cazibədar görünəcək.
Çəhrayı rəng hər zaman dəbdədir, üzərindəki balaca bant daha da zərif görünür.