Ayaqqabılar mənim qarderobumun əsas hissəsini təşkil etdiyinə görə, ayaqqabılarla bağlı xəbər hazırlamağa həvəsim daha çoxdur. Bu xəbərimdə isə daha fərqli ayaqqabıları sizlərlə paylaşmaq istəyirəm. Təbii ki, zövqlər və rənglər fərqlidir. Amma, yəqin ki bir çox xanımımızın zövqünü oxşayan ayaqqabılar olacaq. Buyurun fikirlərinizi yaza bilərsiniz...
Artıq yayın isti günlərini yaşayırıq. Daha çox rahat ayaqqabılar bizim köməyimizə çatır. Bu ayaqqabıda yay üçün çox rahat ola bilər.
Gündəlik rahatlıqla istifadə edəcəyiniz bir ayaqqabıdır.
Ayyaqqabının tərlik hissəsi yumşaq dəridən hazırlanıb.
İstədiyiniz qısa ətək və ya donla geyinə bilərsiniz.
Ayaqqabı sadə olsa da üzərindəki güllər cazibədar və şıq görünür.
Çimərliyə gedərkən bu model sizə uyğun ola bilər.
Yayın rəngarəngliyini özündə əks etdirib.
İncə və zövqlü görünür, hətta orta yaşlı xanımlarımızda bu ayaqabını geyinə bilərlər.
Hər ikisi həm rəng seçimi, həm də ayaqabının modeli çox gözəldir. Zərif ayaqlarda mükəmməl görünər.
Sadə bir donla uyğunlaşdırıb geyinə bilərsiniz.
İdman tərzində geyinirsinizsə, bu ayaqqabılar tam sizlikdir.
Özümüzdən çox balalarımızın rahatlığı bizi düşündürür, bunları da uşaqlar üçün paylaşdım.