Qadin.NET / 2013-ün ən dəbli ayaqqabıları

2013-ün ən dəbli ayaqqabıları

Ayaqqabılar həmişə qadınların sevimli və ən çox seçim qarşısında qaldığı geyimlərdəndir. Bəzi qadınlar hündür, bəziləri isə alçaq ayaqqabıları geyinməyi xoşlayırlar. Bəziləri sadə, bəziləri gözəçarpan olub-olmamasına görə seçim edirlər. Mən isə sizə hər cür zövqə uyğun hündür və alçaq daban ayaqqabıları təqdim edirəm. 2013 bahar və yaz sezonu üçün ən dəbli hündürdaban ayaqqabılar. Buyurun!  
Atlasdan hazırlanmış gizli platformalı bu ayaqqabı ziyafət üçün nəzərdə tutulub. Arxasındakı aksessuar göz oxşayır.
Qırmızı rəngli ayaqqabıları sevən xanımlar üçün gözəl bir model... Kənarındakı aksessuar ona daha da yaraşıq verir.
Yay fəsli üçün nəzərdə tutulan bu açıq ayaqqabının həm modeli, həm də rəngi göz oxşayır.
Bu ayaqqabının üstündəki bant isə sanki ayaqqabını daha da baxımlı edir.
Bu ayaqqabı isə yaz və yay fəslinə çox uyğundur, həm də çox gözə çarpandır.
Babet modelleri yenə də dəbli ayaqqabılar sırasındadır. Bu ayaqqabılar gündəlik iş üçün çox əlverişlidir. 
Ağla qırmızının vəhdəti... Çox gözəl görünür.
Rəngli ayaqqabıları sevən gənc qızlar üçün nəzərdə tutulmuş bu model həm rahatlığı, həm də rənginə görə qızların qarderobunda ön sıralarda olacaq.  
Günün çox hissəsini ayaq üstə keçirirsiz? Rahat ayaqqabı axtarırsınız? Tam sizin üçün nəzərdə tutulmuş modeldir.
Üstündəki zərif bantla gənc qızların bəyənəcəyi bir modeldir. Həm rahat, həm də gözəl... 
Bu ayaqqabı isə sadəliyi, rahatlığı sevən xanımlar üçün əlverişli seçimdir.

Babet modellerində üstü naxışlı ayaqqabılar da dəbdədir. 
Ayaqqabılarda parıltıya üstünlük verən xanımların ürəyincə olacaq bir modeldir. Həm gündəlik, həm də axşam gəzintiləri üçün uyğun seçimdir.

Üstündəki işləmələr ayaqqabının daha zərif görünməsini təmin edir.

15 iyun 2013
GO BACK