Ayaqqabı hər bir qadının qarderobunda mühüm yer tutur.Ayaqqabını sevməyən qadın çətin ki,olsun.Qadınlar ayaqqabını alarkən həm rahatlılığına, həm də gözəlliyinə diqqət yetirirlər.Ayaqqabılara baxarkən bir neçə ayaqqabı modelləri ilə rastlaşdım.Bəyəndiyim ayaqqabıları sizinlə paylaşmaq istədim.Buyurun baxın və ümid edirəm ki,bəyəndikləriniz olacaq.
Bej və qara rəngin uğunluğu.Gözəl görünür.Klassik geyimlə yaxşı bir seçim ola bilər.
Şərab rəngi bu il dəbdədir.Bu ayaqqabı gündəlik işə yaramasa da ziyafət üçün qara, sadə bir libasla gözəl görünər.
Ağ ayaqqabılardan gündəlik geyim üçün çoxumuz istifadə etmirik.Amma bu ayaqqabını çox bəyəndim.Nazik dabanları narahat kimi görünsə də,pəncə hissənin platforması dabana uyğunlaşdırılıb.Daha çox gəlinliklərlə gözəl bir görünüş yaradar.
Qeyri-adiliyi və rəngliliyi sevən xanımlar bəlkə də bu ayaqqabını bəyənər.Üzərindəkilər necə də parıldayır.
Hər bir xanımın sevimlisi babet ayaqqabılar.Gündəlik geyim üçün sadə bir ayaqqabıdır.Üzərindəki nazik və parlaq tüldən olan bant çox cəlb edicidir.
Qəhvəyi rəng dəbdən düşməyən bir rəngdir.Xüsusi ilə ayaqqabı seçimində.Bu ayaqqabı həm dar şalvarla,həm də ətək ilə gözəl seçim olar.
Çox sadə bir ziyafət ayaqqabısıdır.Qırmızı qısa bir paltarla çox gözəl bir seçimdir
İlk baxışdan çox cəzb edici görünür.Topuq hissədəki halqalar və üzərindəki qaşlar qeyri-adi görünür.
Bu model ayaqqabılar zərif ayaqlarda daha da cazibədar görünər.Yalnız paltar və ətək ilə yaxşı bir seçimdir.
Qeyri-adilik dedik amma bu qədər də yox.Bəlkə də belə ayaqqabıları bəyənən xanımlarımız da var. Ancaq düşünürəm ki, bu ayaqqabıları geyinmək cəsarət tələb edər.
Belə rənglər yalnız yayda daha çox seçilir.Bu ayaqqabı yayda rəngli bir paltar və yaxud şalvarla yaxşı olar
İdman üslubunda geyinən xanımlar üçün nəzərdə tutulub desək yanılmarıq.Bu ayaqqabı ilə rahatlıqla bir gəzintiyə çıxa bilərsiniz.
Qara və çəhrayı rəngin qarışığı pis görünmür.Bantı xüsusi gözəllik qatır ayaqqabıya.Paltar seçimini sizlərə buraxıram.