Əgər uşağınıza ayaqqabı almaq istəyirsinizsə, ilk növbədə,ayaqqabının düzgün seçilməsindən başlamalısınız. Çünki,ayaqqabının düzgün seçilməsi uşağınızın ayağının düzgün inkişafı üçün çox vacibdir.Ona görə də uşaq geyimləri arasında bəlkədə ən böyük diqqət tələb edən şey ayaqqabıdır.Ortopedistlər uşağa ayaqqabı seçərkən əsasən bu məsələlərə diqqət yetirməyi məsləhət görürlər.
1.İlk növbədə ayaqqabı topuğa qədər çatmalıdır,həmçinin,ayaqqabı uşağın bütün ayağını tutmalıdır.
2.Ayaqqabının dabanı 3-6mm dən artıq olmamalıdır.Çünki ,daban hündür olduqda uşağın ayağı ayaqqabının içərisində sürüşür.
3.Ayaqqabının burun hissəsində 10 mm boşluq olmalıdır ki,barmaqlar ayaqqabının içərisində sərbəst hərəkət eləsin.
4.Dar ayaqqabı uşağın barmaqlarının əyri inkişaf etməsinə səbəb olur.Bundan başqa,ayaqqabının altlığının sürüşkən olub- olmamasına da diqqət yetirmək lazımdır.
5.Uşaqlar üçün ayaqqabı alarkən rezin altlıqlı ayaqqabılara üstünlük verin.Evdə geymək üçün parça altlıqlı ayaqqabılardan istifadə etmək olar.
6.Ayaqqabının ölçüsünün normal olub olmadığını bilmək üçün,baş barmağınızla ayaqqabının burnuna yüngülcə basın.Əgər uşagın barmaqlarının ucu ayaqqabının ucuna dəymirsə,deməli,ayaqqabının ölçüsü normaldır.
7.Bir yaşı tamam olmuş uşaq ayaqqabını 3 saatdan artıq geyinməməlidir.Buna görədə,o ya ayaqqabını dəyişməli,ya da corabla gəzməlidir.
8.Evdə yalın ayaqla və ya corabla gəzmək uşağınızın ayaqlarının inkişafı üçün daha faydalıdır.Çox dar ayaqqabılar barmaqların əyri inkişafına səbəb olduğu kimi,cox dar corablarda barmaqların əyri inkişafına səbəb olur.Buna görə də ayaqqabıların ölçüsü nisbətən böyük olduğu kimi,corabların da ölçüsü nisbətən böyük olmalıdır.