2019-un dəbli çantalarını sizə təqdim edirik:
İkili çantalar
Bu ilin ən diqqət çəkən çanta modeli bu olacaq. Ofislərimizdə istifadə etdiyimiz notbuklar kimi çantaların da ikili tərəfləri var. Rahatlığı ilə də seçilir.
Retro çantalar
Nostalji yaşadan əşyaları sevirsinizsə, retro çantalar tam sizə görədir. Bu sezonda retro çantalar qarşınıza çox çıxacaq.
Şəffaf çanta
Cəsur qadınların sevimlisi olacaq. Şəffaf çantanı istifadə etmək cəsarət istəyir, cəlbediciliyi də göz oxşayır.
Tüklü çantalar
Dəri çantaların üstünə yapışdırılmış tüklə yeni görüntü qazanan bu çantalar göz oxşayacaq. Bu sezonda qarşınıza daha çox çıxacaq.