Bu çantanı Simon Porte Jacquemus niyə hazırlayıb? Fransız modelyer, uşaqlıqlığından ilham almağı sevir. Bu dizayner gah olduqca böyük, gah da olduqca mikro çantalarla diqqəti cəlb etməyi bacarır. Bu çantalara nə yerləşəcəyi məlum deyil.
Bəlkə saqqız, bəlkə saç aksesuarı, bəlkə gözmuncuğu yerləşəcək... Mikro çantaları barmaq boyda hazırlanmışdır.
Aksesuarlar və ayaqqabılar da çox cəlbedicidir
Normal tərzdən kənara çıxmaq deyəndə bəlkə də bunu nəzərdə tuturlar. Paris moda həftəsində mikro çantalardan əlavə böyük parça sırğalar, özünəməxsus forması olan ayaqqabılar nümayiş etdirildi.
Dəbli olmağı sevənlər üçün inanılmaz qaynaq olacaq. Bu sezon fərqliliklər göz oxşayacaq.