Rəngli daşlı üzüklər
2019-un trend üzükləri arasında rəngli daşlar yer alır. Əgər barmağınızdakı üzüyün diqqət cəlb etməsini istəyirsinizsə, rəngli və böyük daşlı üzükləri seçin.
Vintage üzüklər
Klassik vintage üzüklər 2019-cu ilin əvəz edilməzi olacaq. Əgər vintage tərzində bir üzük istəyirsinizsə, şəkildəki nümunədən ilham ala bilərsiniz.
Armud kəsimi modern üzüklər
Əgər klassik üzükləri sevmirsinizsə, bu modelə üstünlük verə bilərsiniz. Barmağınızda daha dəbli görünəcək.
İnci üzüklər
Sadə, amma zərif görünən üzük istəyirsinizsə, inci daşlı üzükləri seçin. İncə və minimalist tərzi barmağınıza yaraşacaq.
Qalın üzüklər
Bir çox insan üzüyün qalın olmasını sevir. Bu tərz üzüklər trendlər arasındadır.