Qadin.NET / Bu sezonun aksesuar trendi

Bu sezonun aksesuar trendi

 

Geyimlərin tamamlayıcısı aksesuarlar, tərzinizi əks etdirməkdə əsas rol oynayır. Sizlər üçün ən parlaq və ön plana çıxan aksesuar trendlərini araşdırdıq:

 

Boyunbağı

Hər mövsüm parlaq görünməyinizin formulu olan boyunbağılar, bu sezon çimərliklərdə də yerini almağa başladı. Sezonun trendləri arasına daxil olan daşlı incə boyunbağılar və zəncirləri hər geyimlə rahatca istifadə edə biləcəksiniz.

 

Bu sezonun aksesuar trendi

 

 

Ayaq bilərziyi

Bu sezon hər geyimlə istifadə edilən ayaq bilərzikləri diqqət çəkən dizaynları ilə də göz oxşayır. Çimərliklərdə bir-birindən gözəl çimərlik geyimlərinə yoldaşlıq edən ayaq bilərzikləri, axşam dəvətlərində geyimlərinizlə rahatliqla istifadə edə bilərsiniz.

 

Bu sezonun aksesuar trendi

 

 

Saç bandı

Küçə tərzinin yeni modası saç bandları, isti yaz günlərinin xilas edicisi olur. Çox trend və xoş görünməyinizə kömək edən saç bandları ilə geyimlərinizi asanlıqla rəngləndirə bilərsiniz.

 

Bu sezonun aksesuar trendi

 

17 iyul 2018
GO BACK