Bir çox qadın biriliyant, zümrüd daşlı üzüklər taxmağı sevir.
Əsrlər keçdikcə qiymətli daşların daha dəyərli xüsusiyyətləri meydana çıxdı. Məsələn, onlardan ən qiymətlisi olan almaz, müasir zamanda nəinki közəllik daşı kimi, eyni zamanda texniki daş kimi daha qiymətlidir. Elektronika, optika, radiotexnika, hərbi işlər, dəqiq mexanika və başqa sahələrdə qiymətli daşlar gözəlliklərinə görə yox, daha çox öz fiziki xüsusiyyətlərinə görə dəyərləndirilirlər.
Bəzi qadınlar da bu daşların qəribə formada dizayn edilmiş formalarını istifadə etməyi sevir.
Müxtəlif aylarda anadan olan insanlar üçün talisman-daşların siyahısı aşağıdakılar kimi təsdiqlənib: Yanvar –qranat; fevral –ametist; mart –akvamarin; aprel –almaz; may –zümrüd; iyun –mirvari; iyul –yaqut; avqust –xrizolit; sentyabr –sapfir; oktyabr –opal; noyabr –topaz; dekabr –firuzə.