Biz xanımlar saç aksessuarlarına daha çox önəm veririk. Belə ki, yaz və payız aylarında yaylıqlarla boynumuzu, saçımızı, yaxamızı bəzəyirik. Bu dəfə isə sizə əsrlər boyu dəbdə olan yaylıq bağlamaq üsulu ilə tanış edəcəm.
Bu dəbli "abadoq" adlanır. Yaylığı uzunsov qatlayıb boyunun arxasından önə doğru aparırıq. Öndə "x" formasında çevirib geriyə, boyun arxasına aparırıq və kiçik düyün vururuq.
Bu isə "retro stili" yaylıq bağlama üsulu adlanır.
Üç künc qatlanmış yaylıq başa örtülür.
Alın hissədən bir qat qatlanır.
Çənə altından iki dəfə düyün vurulur.
Bu isə yaylıq bağlamanın "Hollivud dəbi" adlanan üsuludur.
Başdan örtülür, boğazda "x" formasında qatlanır və boyun arxasında iki qat düyün vurulur.
Daha ətraflı videoda izləyə bilərsiniz.