Qadin.NET / Qadın çantası haqqında

Qadın çantası haqqında

Qadın çantası haqqında

Qadın çantası hər bir xanımın geyiminin əsas atributudur.  Müxtəlif rənglərdə, ölçülərdə, quruluşda olan bu çantalar göz oxşayır. Hətta qadını çantasız təsəvvür etmək çox çətindir.Çanta- sahibəsi haqda çox şey deyə bilər
1. Dəbdə olan çanta sahibəsinin dəblə ayaqlaşdığından xəbər verir.
2. Böyük çanta sahibəsinin işgüzar olmasından, gün ərzində bir çox işi yerinə yetirməli olduğundan xəbər verir.
3. Əgər çanta balaca və zərifdirsə deməli onun sahibəsi hər işdə səliqəni sevir.

Qadın çantası haqqında

Çantalar üçün ən çox istifadə olunan parça dəridir. Dəri çantalar təmiz dəridən və ya dərini əvəz edən materialdan tikilir. Çantalar bəzən biserlə bəzədilmiş, müxtəlif əl işi ilə işlənmiş bəzən də sadə olurlar. Çantalar yumru, dördbucaqlı, düzbucaqlı və s. ola bilər. Ən son dəb tendensiyası: içinə hər şey yerləşən böyük və balaca zərif çantalar hər zaman öz aktuallığını qoruyub saxlayır.Hər zaman özünə uyğun çanta seçmək heç də asan olmur. Onların müxtəlifliyi üzündən insan çaşıb qalır. Hər kəsin müxtəlif seçimi var. Kimi rənginə, ölçüsünə, qiymətinə görə alır. Kimi isə sadəcə xoşu gəldiyi üçün.Çanta alarkən bir məqamı qaçırmamaq gərəkir. Çanta nə qədər rəngli və orijinal olarsa bir o qədər dəbdən tez düşəcək.

Qadın çantası haqqında

Çantanı bir sezonluq almayan kəslər bu məqama diqqət yetirməlidirlər. Eyni zamanda bu çanta sizə nəyə görə lazım olduğuna qərar verin. Rəngini, ölçüsünü, keyfiyyətini nəzərə alın. Yaxşı olar ki, sizin aldığınız çanta qarderobunuza uyğun gəlsin.Əgər siz alacağınız çantanı nə ilə geyinməyinizə dəqiq qərar verməmisinizsə onda yaxşı olar ki, neytral rənglərə üstünlük verəsiniz (ət rəngi, qara və ya ağ).

Qadın çantası haqqında

Klassik variantda çantayla ayaqqabının rəngi uyğun gəlməlidir, amma indi artıq buna riayət etmək vacib deyil. Çanta seçərkən əsas bir şeyi yadınızda saxlayın – çanta xoşunuza gəlsin.

26 sentyabr 2015
GO BACK