Çanta biz xanımların ən çox sevdiyi aksesuarlardan biridir. Qadın çantası hər bir xanımın geyiminin əsas atributudur. Müxtəlif rənglərdə, ölçülərdə, quruluşda olan çantalar göz oxşayır. Qadını çantasız təsəvvür etmək çox çətindir. Qadın çantalarına nələr-nələr yerləşmir! Hamısını sadalamaq mümkün deyil. Lakin qadınlar çanta alarkən bir neçə məqamı nəzərə almalıdır. Hər zaman özünə uyğun çanta seçmək heç də asan olmur. Onların müxtəlifliyi üzündən insan çaşıb qalır. Hər kəsin müxtəlif seçimi var. Kimi rənginə, ölçüsünə, qiymətinə görə alır. Kimi isə sadəcə, xoşu gəldiyi üçün.
Böyük çanta sahibəsinin işgüzar xanım olmağından xəbər verir.
Böyük ölçülü çantalar işgüzar və dünyagörüşü geniş olan xanımların seçimidir.
İçində çox bölmələri olan çantalar rahat açılıb bağlanır.
Səliqəni sevən xanımlar əsasən kiçik çantalara üstünlük verirlər.
Zərif çantaları əsasən özünə fikir verən xanımlar daşıyır.
Bəs bu necədir, bəyəndinizmi?
İşgüzar xanımların seçimidir. Çünki sənədlərinin əzilməsini istəməyən xanımlar əsasən bu tipli çantalara üstünlük verirlər.
Şan-şöhrət, bər-bəzəyi sevənlər üçün.
Əsl yay çantası.
Gül-çiçəkli çanta, çox bəyəndim.
Tətilə gedərkən rahatlıqla götürə biləcəyiniz bir çantadır.
Kiçik ölçülü çantaları sevən xanımlar üçün gözəl seçimdir.
Bu çantalar da eyni ilə...
Timsah dərisindən hazırlanmış mükəmməl bir çanta.
Bəyəndinizmi?
Rəng və model çox gözəldir.
Gözəldir.
Ümid edirəm bəyəndiyiniz çanta modeli oldu.