Gündəlik həyatımızı məncə aksesuarsız təsəvvür etmək mümkün deyil. Hara gedəcəyimizdən aslı olmayaraq hər bir xanımın qulağından sırğa, barmağından üzük əksik olmaz. Ən qəribəsi isə odur ki, çox sevdiyimiz sırğaları əslində 7 min il əvvəl Orta Asiyada məhs kişilər taxıb. Sonralar isə bütün dünyaya yayılan bu zinət əşyasına demək olar ki, biganə qalan xanım yoxdu. Üzükləri isə ilk olaraq misirlilər taxıb. Misirdə üzük möhür rolunu oynayırdı və onun vasitəsi ilə fironlar öz istək və əməllərini dövlət nümayəndələrinə ötürürdülər. Çox bəyəndiyim aksesuarları sizin də izləyib rəy bildirməyinizi istədim.