Qadin.NET / Ayaq bilərzikləri-1

Ayaq bilərzikləri-1

Əziz Qadın.Netli xanımlar, saytımızda dəbə uyğun bir-birindən gözəl və maraqlı xəbərlər var. Saytımızın bu bölməsinin sayəsində hər birimiz müasir dəbi izləyə bilir və istədiyimiz zaman bizə lazım olan geyim və ya aksesuarlarda rahatlıqla seçim edə bilirik. Mən belə qərara gəldim ki, ayaq aksesuarlarına aid silsilə xəbər hazırlayım. Bildiyimiz kimi ayaq üçün də bir-birindən gözəl aksesuarlar var. Azərbaycanda ayaq aksesuarlarından geniş istifadə edilməsə də, bu aksesuardan bir çox ölkələrdə (Ərəbistan, Hindistan, İngiltərə və s.) geniş istifadə edilir. Bizim ölkədə isə ayaq bilərziklərindən istifadə azdır. Amma buna baxmayaraq sizin üçün maraqlı və gözəl, zövqlü ayaq bilərzikləri seçmişəm. Ümid edirəm ki, bəyənəcəksiniz və işlədənlərin də işinə yarayacaqdır. Onu da qeyd edim ki, bu silsilə xəbərimdə sizə təqdim edəcəyim bilərziklərin bir çoxunu istəyən qolunda qolbaq kimi də istifadə edə bilər.

Buyurun, sizin üçün seçdiyim ayaq bilərziklərinə baxın. 

Ayaq bilərzikləri-1

Sadə və gözəldir. 

Ayaq bilərzikləri-1

Qızılı rəngdə bir bilərzik.

Ayaq bilərzikləri-1

Bu da həmin bilərziyin əsl forması.

Ayaq bilərzikləri-1

Bu da sadədir, eyni zamanda da gözəldir.

Ayaq bilərzikləri-1

Gördüyünüz kimi hündür dabanlı ayaqqabılarla da rahat taxmaq olur.

Ayaq bilərzikləri-1

Sonsuzluq işarəli bir bilərzik.

Ayaq bilərzikləri-1

Muncuqlu bir bilərzik.

Ayaq bilərzikləri-1

Çox gözəl formadadır və əsas da hər rəngdə tapmaq olar.

Ayaq bilərzikləri-1

Mən bunu bəyəndim.

Ayaq bilərzikləri-1

Gözəldir, elə deyilmi?

Ayaq bilərzikləri-1

Zənnimcə, bu da zövqlü seçimdir.

Ayaq bilərzikləri-1

Əziz xanımlar, hansını daha çox bəyəndiniz?

28 avqust 2014
GO BACK