Əziz Qadın.Net xanımları, həmişə bu gözəl saytımızda xanım geyimləri təqdim edirik. Bu dəfə isə mən bir az dəyişiklik edib qalstuk xəbəri hazırladım. Qalstuk taxanların da bir az ürəklərini açaq, onlar üçün də seçimlərini bir az asanlaşdırmaq istərdim. Bəylərin qardirobunda hər məkan üçün geyimin olması gözəldir. Amma klassik geyimin öz yeri var və qalstuk seçmək özü də böyük diqqət tələb edir. O zaman, buyurun, baxın və siz də öz seçiminizi edin.
2014-2015-ci illərin qalstuk kolleksiyasının seçimləridir.
Rəngləri adət etdiyiniz rənglərdən bir qədər fərqlidir. Lakin zövqlüdür.
Daha bir gözəl model. Bu qalstuk da gözəldir.
Cəlbedici rəng, gənclərin seçimi ola biləcək bir qalstuk modeli.
Dəbdəbəni sevənlər üçün. Bu rəngə üstünlük verən gənclər üçün gözəl bir qalstuk.
Zənnimcə, bu da gözəldir.
Kiçik damalı qalstuklar bu il dəbdə olacaq.
Bəs bu necədir?
Açıq rəngləri seçib bəyənən insanlar üçün gözəl seçimdir.
Çox dəbdəbəli bir rəng.
Bəylərin hər birinin qarderobunda tünd göy rəngdə olan qalstuka tez-tez rast gələ bilərik.
Qəhvəyi rəngli qalstuk necədir?
Bəs siz bəyənib seçiminizi etdinizmi?