Hər bir xanımın vaz keçilməzi olan çantalar hər il yeni dizaynda qarşımıza çıxır. Bu ilin yaz-yay mövsümü üçün dəbdə olacaq çantaları araşdırdım. Cucci və Chanel kimi məhşur brendlərin bizlərə təqdim etdiyi çantaları sizinlə də paylaşmaq istəyirəm. Buyurun, xanımlar, zövqünüzə uyğun seçim edin.
Göründüyü kimi bu il, əsasən dəridən hazırlanmış çantalar dəbdə olacaq.
Bu çantanı mən çox bəyəndim.
Əsasən gənc xanımlar üçün nəzərdə tutulmuş saçaqlı çantalar.
Gödəkcə dizaynı verilmiş bu çanta maraqlı görünüşə sahibdir.
Çəhrayı və narıncı rəng bu il də öz aktuallığını saxlayır.
Səbət forması verilmiş maraqlı çanta.
Bu da maraqlı və qeyri-adidir.
Gənc xanımlar üçün ideal çantadır.
Bəs bu çanta necə, zövqünüzcə oldumu?
Çəhrayı rəngdə olan bu dəst içi güllü parça ilə hazırlanıb.
Narıncı rəngdə olan bu çanta sadə və gözəldir.
Mən bunları bəyəndim.
Baharın rəngarəngliyini özündə əks etdirən çanta.
Məktəbli qızlarımız üçün gözəl seçimdir.
Kiçik çantaları sevən xanımlar üçün gözəl seçimdir.