Hər xanımın geyimini tamamlayacaq gözəl çantalar... Çantalar sevimli aksesuarlarımız arasında yəqin ki, ən birincidir. Biz xanımlar hər fəslə, hər geyimə uyğun çantalar alırıq. Zövqlər müxtəlifdir. Bu səbəbdən sizin üçün bir-birindən fərqli və gözəl çanta modelləri seçib hazırlamışam. Buyurun, öz zövqünüzə uyğun olan çantanı seçin. Əziz xanımlar, ümid edirəm ki, bəyənəcəksiniz. O zaman buyurun baxin.
Toy və nişan məclislərinə götürə biləcəyiniz çox gözəl modellərdir.
Qaşla hazırlanmış klaç çanta da pis deyil.
Gözəl görünməyi sevən xanımlar üçün əla seçimdir.
Bu modeli geyiminizə uyğun seçə bilərsiniz.
Qırmızı rəngi sevən xanımlar üçün.
Qəhvə tonları sevən xanımlar üçün geniş, həm də rahat bir modeldir.
Bant ilə yaraşıq verilmiş model çox gözəldir.
Bu çantanın rəngi və üzərində olan naxışlar zövq oxşayır.
Az parıltılı və çox sadə bir çanta modeli.
Sadə görünüşlü gara klaç çanta
Qızılı rəngdə olan bu çanta xanımlarımız üçün daha uyğun bir çantadır.
Qara rəngli bu çanta hər kəsin seçimi ola bilər.
Qırmızı rəngi sevən xanımlar üçün ideal bir seçim ola bilər.
Bu da gözəl bir çantadır, elə deyilmi? Yaz-yay fəsillərində hər xanım üçün imtina edilməz seçim ola bilər.
Çox gözəl və cəlbedicidilər.
Ziyafət və gecə dəvətləri üçün nəzərdə tutulub.
Yaşıl rəngi sevənlər üçün klaç tipli çanta modeli çox gözəldir.