Hər xanımın geyimini tamamlayacaq gözəl çantalar. Çantalar sevimli aksesuarlarımız arasında yəqin ki, ən birincidir. Biz xanımlar hər fəslə, hər geyimə uyğun çantalar alırıq. Zövqlər müxtəlifdir. Gündəlik istifadə üçün olan çantalar müxtəlif cizgilərdə qarşımıza çıxır. Klassik rənglər yenə hər zaman olduğu kimi ən çox istifadə edilənlər arasındadır. Fərqli rənglər axtarırsınızsa, elə bu xəbərə baxa bilərsiniz. Bu səbəbdən sizin üçün bir-birindən fərqli və gözəl çanta modelləri seçib hazırlamışam. Buyurun, öz zövqünüzə uyğun olan çantanı seçin. Ümid edirəm ki, bəyənərsiniz, əziz xanımlar!
İki rəngin ahəngindən hazırlanmış bu çanta, hər bir zövqlü xanım üçün yararlı ola bilər.
Gənc qızlar üçün bu çanta gözəl seçim ola bilər.
Gənc xanımlar üçün daha gözəl bir çanta modeli.
Mavi rəngdə, olduqca sadə görünüşə malikdir.
Qara rəngi sevənlər üçün sadə və zövqlü bir modeldir.
Bu çanta da gənc qızlar üçün gözəl seçimdir.
Çəhrayı rəngli çanta xanımların zövqünü oxşaya bilər.
Üç rəng ahəngindən hazırlanmış sadə və eyni zamanda zövqlü çanta göz oxşayır.
Böyük çantaya üstünlük verən xanımlar üçün...
Zoğal rəngli sadə çanta hər bir xanım üçün gözəl seçimdir.
Qara rəngli sadə və parlaq bir model.
Daha bir qırmızı rəngli, üzəri sanki naxışlı olan çanta çox gözəl görünür.
Qəhvə, mat tonları sevən xanımlar üçün geniş, həm də rahat bir modeldir.
Həm işgüzar, həm də gündəlik istifadə edə biləcəyiniz bu çantanin həm rəngi, həm də stili zövqünüzü oxşayacaq.
Gördüyünüz bu zoğal rəngli sadə çanta, hər bir xanım üçün gözəl seçimdir.
Qara rəngli çanta çox gözəl seçimdir, elə deyilmi?
Gördüyünüz bu çanta isə gənc və zövqlü işgüzar xanımlar üçün əvəz edilməzdir.
Sadəliyi sevən xanımlarımız üçün.
Gündəlik istifadə üçün sadə və rahat bir model.
Fərqliliyi sevən xanımlar üçün bu çanta gözəl seçim ola bilər.