Əziz xanımlarımız, bu xəbərimdə 28-35 və yuxarı yaşlı xanımlarımızı nəzərə alıb müxtəlif aksessuarları təqdim edirəm. Bu aksessuarlar xanımlarımızın gözəlliyinə gözəllik qatacaq. Xanımlar həm zərif, həm cazibədar, həm də işıltılı görünəcək. Müxtəlif formalı bu dəst aksessuarlar çox zövq oxşayandır.
Mirvaridən hazırlanmış bu dəst gözəl görünüşə malikdir.
Pələng formalı bu dəst bəbir naxışlı geyimlə daha gözəl görünəcək.
Dairəvi, şəffaf rəngli qaşlı dəst orta yaşlı xanımlarımız üçündür.
Mirvaridən hazırlanmış daha bir sadə və gözəl görünüşlü dəst.
Zərifliyi sevən xanımlarımıza məxsusdur.
Buta formalı brilliantdan hazırlanmış dəst çox parlaq görünür.
Brilliantdan hazırlanmış başqa bir formalı dəst.
Mavi daşlı dəst çox zərif görünür.
Tünd çəhrayı rəngli qaşlı dəst cavan xanımlarımız üçün nəzərdə tutulub.
Daha bir çəhrayı rəngli, ürək formasında qaş sevgi rəmzini daşıyır.
Rəngli daşlı dəst göz oxşayandır.
Su damlası fiqurlu yaşıl rəngli daşlı dəst xanımlarımızın zövqüncə olacaq.
Sarı rəngli böyük qaşlardan ibarət boyunbağı və üzük xoş görünür.
Yonca gülü fiqurlu dəstdən cavan qızlarımız da istifadə edə bilər.
Mirvaridən hazırlanmış bu dəstin çox gözəl ab-havası var.
Mirvaridən düzülmüş daha bir dəst sizin üçündür.