Aksesuarlar, qızıl, gümüş zinyət əşları biz xanımların vazkeçilməzidir. Hər zaman gözəl görünməyi sevirik. Hər kəsin diqqəti bizim üzərimizdə olsun istəyirik. Bu dəfə xanımlarımız üçün üzük modelleri seçib təqim edirəm.
Aşağıda gördüyünüz üzük çox zərif olmaqla yanaşı, həm də çox gözəldir. Üzərində gördüyünüz daşlar opaldır. Bildiyiniz kimi? opal daşı böyrək və qan xəstəlikləri üçün faydalıdır. İnsanı cəsarətlədirir, özünə inamı artırır. Opal bir növ ilham mənbəyidir. Yaradıcılıq qabiliyyətini artırır.
Nişan üzüyü olaraq ağ qızıl üzərində əsrarəngiz gözəllik bəxş edən brilyant qaşlı üçlük çox gözəldir. Sahibəsinin incə barmaqlarına yaraşacağından heç şübhə yoxdur.
İki barmaqlı üzük də geri qalmır. Bayquşların əks edildiyi üzük fərqli geyim tərzinə üstünlük verən xanımlar üçün ideal seçimdir.
Bantı xatırladan svarovski daşlı bu üzük olduqca gözəldir. Hər birinizin zövqüncə olacağına əminəm.
Bəbir başını xatırladan bu üzük də gözəldir. Sahibəsinin özünə məxsus geyim tərzindən xəbər verə bilər.
Mirvari sevən xanımlar üçün bu üzük əvəz edilməzdir.
Bir anlıq tamaşa edin. Bu gözəlliyində üzüyü kim istəməz ki? Üzərindəki mavi daşı, fərqli görünüşü ilə insanı cəlb edir.
Gördüyünüz şəkildə iki üzük var. Üst hissədəki qadın, alt hissədəki kişi üçündür. Birlikdə vahidlik təşkil edirlər. Bu üzük ailə quracaq cütlüklər üçün ideal seçimdir.
Aşağıda gördüyünüz üzük modeli olduqca gözəldir. Üzərində topaz daşından istifadə edilmişdir. Bu əlavə üzüyə daha da yaraşıq verib.
Gördüyünüz üzük bəxt üzüyü ola bilər. Təbii ki, xanımın zövqünü oxşayarsa.