Qadin.NET / Yeni il gecəsi üçün ayaqqabı və çanta seçimi

Yeni il gecəsi üçün ayaqqabı və çanta seçimi

Yeni il gecəsi üçün ayaqqabı və çanta seçimi

Budur,  daha bir ili daha yola salmağımıza sayılı günlər qalıb. Yeni ilə evdə televiziya izləməklə qədəm qoymağı planlaşdırdığınızı heç sanmırıq! Hətta hesab edirik ki, hara gedəcəyinizə və nə geyinəcəyinizə çoxdan qərar vermisiniz.

Yeni il gecəsi üçün ayaqqabı və çanta seçimi

Yeni il gecəsi üçün necə ayaqqabı və çanta seçməliyik?

Əgər sadə geyinməyi planlaşdırmısınızsa, çantanız və ayaqqabınız çox parıltılı ola bilər. Amma əgər paltarınız kifayət qədər iddialı olacaqsa, o zaman sadə çanta və ayaqqabı tövsiyə edirik. Çanta və ayaqqabınız da iddialı olarsa, geyiminiz xoş görünməz. 

Yeni il gecəsi üçün çantalar

Yeni il gecəsi üçün ayaqqabı və çanta seçimi
Yeni il gecəsi üçün ayaqqabı və çanta seçimi

Bu kiçik və daş-qaşlı çanta geyimlərinizə bir başqa gözəllik qatacaqdır.

Yeni il gecəsi üçün ayaqqabı və çanta seçimi
Yeni il gecəsi üçün ayaqqabı və çanta seçimi

Əgər Yeni il gecəsi restoranda olacaqsınızsa, rahat əylənə bilməyiniz üçün kiçik bir çanta götürün. Böyük çantanı hara qoyacağınızı bilməyəcək, rahat olmayacaq və təbii ki, əylənə bilməyəcəksiniz.

Yeni il gecəsi üçün ayaqqabılar

Yeni il gecəsi nə geyəcəyinizə qərar verdiniz, çantanı da seçdiniz. Növbə çatdı ayaqqabı seçiminə. Bizim təklifimiz incə dabanlı ayaqqabıdır - həm sizi cazibədar göstərəcək, həm də gözəlliyinizi ortaya çıxaracaq.  Bu il çox şanslıyıq, çünki modada kor-koranə bağlanmağımız lazım olan qaydalar yoxdur, yəni mütləq rəng uyğunlaşmasına əməl etmək lazım deyil.  Demək, siz azadsınız! Amma təbii ki, çox şişirtmədən.

Yeni il gecəsi üçün ayaqqabı və çanta seçimi

Barmaq hissəsi qızılı rəngdə olan bu ayaqqabılar taxacağınız qızıl aksesuarlarla bir-birini tamamlayacaq.

Yeni il gecəsi üçün ayaqqabı və çanta seçimi

Qara-qızılı rəng qarışığı ilə gözəlliyinizə gözəllik qatacaq.

Yeni il gecəsi üçün ayaqqabı və çanta seçimi

Parlaq olmayan geyimə yaraşacaq ayaqqabı modeli.

Yeni il gecəsi üçün ayaqqabı və çanta seçimi

Bu model daban hissəsindəki qaşlarla sadə geyimi parlaq edəcək.

26 dekabr 2013
GO BACK