Qadin.NET / Yarımbarmaq əlcək modelləri

Yarımbarmaq əlcək modelləri

Əllərimizi qışın soyuqdan qorumaq üçün əlcəklər ideal vasitədir. Gənclər bu vasitəni də müasirləşdirib, hər il yeni modellər əldə edirlər. Bu əlcəklər barmaqlarınızı tam soyuqdan qorumasa da bəzi işləri (məsələn, telefonu çantadan çıxarmaq, qulaqcığı qulağa taxmaq, fotoaparatı əldə rahat tutmaq və s.) əlcəklərimizi əlimizdən çıxarmadan görməyimizi təmin edir. Hər insanın öz geyim tərzi var. Bu modeldə çeşidlər çoxdur. Belə əlcəklər dəbə düşdükdən sonra gənc nəslin böyük bir qismi belə əlcəkləri seçib geyimlərinə uyğun istifadə edirlər. İndi sizə bir neçə yarımbarmaq əlcəkləri təqdim edəcəyəm. Əslində toxumağı sevən xanımlar bu cür əlcəklərdən əzizləri üçün toxuya bilərlər.

Bu model əlcəklər geyimlə uyğunlaşdıqda çox gözəl görünür. 

Yarımbarmaq əlcək modelləri
Dilədiyiniz rəngdə hörə bilərsiniz.Əlavə olaraq artırılan üç düymə görün necə fərq yaradır.
Fərqli geyim tərzi ilə seçilən xanımlarımız üçün fərqli yarımboğaz əlcək modeli. 
Narıncı rəng həvəskarları üçün toxunma əlcək modeli.
Dırnaq boyanızın rəngi ilə uyğunlaşsa, əlləriniz daha gözəl görünər.
İdman üslübüna üstünlük verən xnmlarımız üçün dəri əlcək modeli. 
Müxtəlif rəngdə saplardan toxunmuş bu əlcəklər qışın sərt soyuğunda əllərinizi daha isti tutar.
Yarımbarmaq əlcək modelləri
Bu parça əlcəkləri əslində uyğun bildiyiniz ziyafət və dəvətlərə də geyinə bilərsiniz.
Payızda sadəcə dəb üçün istifadə edə biləcəyiniz tərzdə əlcəklərdir.
Qalın sapdan toxunmuş bu əlcək modelini qışın qarlı günlərində taxa bilərsiniz.
Yarımbarmaq əlcək modelləri
 Bu əlcək modeli eyni zamanda dəbli xanımların da sevimli aksesuarı ola bilər.
Yarımbarmaq əlcək modelləri
Gənc xanımlarımız üçün maraqlı yarımbarmaq əlcək modelləri.
Yarımbarmaq əlcək modelləri

Yarımbarmaq əlcək modelləri
15 dekabr 2013
GO BACK