Qadin.NET / Toxunma saç aksesuarı

Toxunma saç aksesuarı

Bəli, yavaş-yavaş qış özünü göstərir. Əynimizin qalın olmasıyla yanaşı gərək bizə önəmli olan başımızı da qoruyaq.  Bəzi xanımların soyuğa dözümü olmasa da papaqdan istifadə etmir.  Bu gün sizlərlə toxunma saç aksesuarlarını bölüşmək istəyirəm. Bizi bir az da olsa soyuqdan qoruyar. Müxtəlif rənglərdə olan bir-birindən gözəl toxunma saç aksesuarları alnımızı isti saxlayaraq, soyuqdan, şaxtadan qoruyacaqdır. Toxunma aksessuarları taxmağı xoşlayan xanımlar burdan baxıb seçim edərək özlərinə toxuya bilərlər. Buyurun, seçiminizi edin.

Sadə güllərlə bəzədilmiş  toxunma saç aksesuarı hər bir gənc xanıma yaraşar...

Qara toxunma saç aksesuarından istənilən saç rənginə sahib xanım yararlana bilər.
Toxunma saç aksesuarı

Qalın sünbül toxunuşlu saç aksesuarı həm alnımızı, həm də qulaqlarımızı soyuqdan qoruya bilər...

Xüsusi zövqlə işlənmiş incə toxunuşlu saç aksesuarı istənilən xanımın seçimi ola bilər.

Qalın sapla toxunmuş bu saç aksesuarı sizi soyuqdan qoruya bilər.

Toxunma saç aksesuarı

Qara parçadan hazrlanmış sadə, lakin fərqli saç aksesuarı bir çox gənc xanımların seçimi ola bilər.

Qara, qalın sapla toxunmuş daha bir saç aksesuarı.

Qış fəslində belə dəbli görünmək istəyən xanımlar üçün gördüyünüz enli saç aksesuarı əla seçim ola bilər.

Toxunma saç aksesuarı

Gənc xanımlar üçün incə və gözəl saç aksesuarı.

Toxunma saç aksesuarı

Toxunuşuyla fərqlənən sadə saç aksesuarı istənilən saç rənginə sahib xanımların seçimi ola bilər.

Paxlava formasında toxunmuş bu saç aksesuarı sadə olmaqla yanaşı həm də dəblidir.

Toxunma saç aksesuarı

Qarlı qış günündə əvəz edilməz saç aksesuarı məhz budur.

Toxunma saç aksesuarı

Üzərindəki qaşlarla qar dənəsini xatırladan bu saç aksesuarını çox bəyəndim.

Qalın sapla toxunmuş yaşıl rəngli saç aksesuarı üzərindəki iri gül ilə diqqət çəkir.
Toxunma saç aksesuarı
10 dekabr 2013
GO BACK