Çantalar xanımların ən çox istifadə etdiyi aksesuarlardan biridir. Çalışırıq hər geyimlə ayrı-ayrı çantalar uyğunlaşdıraq. Bəzən saatlarla xəyallarımızdakı çantanı axtarırıq. Və ya aldığımız hər hansı bir geyimə uyğun bir çanta fikrimizdə canlandırırq və almaq üçün tələsirik. Bu xəbərdə xanımların zövqünü oxşayan dəbli Louis Vuitton çantalarını sizlərlə bölüşmək istəyirəm. Yəqin ki, bu brendin çantalarını bəyənmyən xanım az olar. Çox zövqlü, gözoxşayan, əlverişli çantalardır.
Gördüyünüz bu çanta modeli işgüzar xanımlar üçün əvəz edilməzdir.
Bu da eyni modelin nar çiçəyi rəngidir. İstifadəsi və daşınması rahatdır.
Bu çanta modeli çox fərqlidir. Həm çiyindən asaraq, həm də əldə daşıyaraq istifadə edə bilərsiniz.
Dizaynı indiyə qədər gördüyünüz Vuitton çantalarından fərqlənir.
Nar çiçəyi rəngli bu çantanın da iki modeli var. Louis Vuitton işgüzar xanımlar üçün bu il bir-birindən gözəl çanta modelləri təqdim edib.
İlan dərisindən olan bu çanta bir çox xanımın zövqüncə ola bilər.
Bu qara rəngli sadə çanta işgüzar xanımların seçimi ola bilər. Həm əldə tuta, həm də çiyində daşıya bilərsiniz.
Nar çiçəyi rəngli çantanın ağ rəngdə olan modelidir. Təbii ki, zövqlər fərqli olduğu üçün hər kəsin çanta seçimi də fərqlənir.
Dovşan dərisini xatırladan bu çanta zərif əllərdə çox gözəl görünür.
Rahatlığı sevən xanımlar üçün bu çanta modeli əvəz edilməzdir.
Rəngarəng qış çanta modelləri də zövqdən asılı olaraq seçilir.
Sizin seçiminiz hansıdır?