Hər birimiz evdən çıxanda geyimimizə önəm verdiyimiz kimi aksessuarlara da önəm verməliyik. Hər bir xanımın qarderobunda aksessuarlara rast gəlmək olar. Qadınların ən çox istifadə etdiyi aksessuarlar bujiteriyalardır. Bunlardan ən göz oxşayanı və xanımlara gözəl yaraşanı isə mirvarilərdir. Mənim fikrimcə mirvarini sevməyən qadın yoxdur. Mirvari aksessuarları mənim vazgeçilməzlərimdən biridir. Bu xəbərimdə isə xanımlarımıza bir-birindən gözəl və eyni zamanda da göz oxşayan mirvari aksessuarlar təqdim edirəm. Əminəm ki, bəyənəcəksiniz. Buyurun, baxın və zövq alın.
Bu dəst sadəliyi sevən xanımlarımız üçündür.
Bu isə iki qatlıdır, bu boyunbağını iki formada istifadə etmək olar.
Bu isə ikinci formasıdır, önündə klonu var.
Bu isə broşdur. Sanki alma ağacıdır, üzərində də meyvələri var.
Bu isə not açarıdır. Musiqi ilə məşğul olan xanımlarımız daha çox bəyənər.
Bu isə dəniz atı formasında olan broşdur.
Bu broş isə rəngli qaşlarla bəzədilib və çox gözəl görünür.
Bu isə sadə və eyni zamanda cazibədar görünüşə malikdir.
Xanımlarımıza mirvaridən hazırlanmış qol düyməsidir.
Bu boyunbağının klonu mirvaridən hazırlanıb və gül formasındadır.
Bu isə iki rənglidir və eyni zamanda da göz oxşayır.
Bu isə kolye formasındadır.
Bu isə adınızın baş hərfinə uyğun boyunbağılardır.
Bu da sanki su damlasıdır.
Bu boyunbağı qara mirvaridən hazırlanıb.
Bu boyunbağı isə çox gözəldir, eyni zamanda da göz qamaşdırır.
Bu qızıl üzük isə mirvari qaşlarla bəzədilib.
Gümüş və mirvari - ikisi bir arada...