İlk öncə sizlərə üzüklərin tarixi haqqda danışmaq istəyirəm. Üzük barmağa taxılan halqadır. Müxtəlif mədənlərdə qaşlı və qaşsız emal edilir. Qədim dövrlərdən bəri nişan işarət kimi nişanlanan gənclər tərəfindən də istifadə edilmişdi. Keçmişdə üzüklər qızıl, gümüş, mis və dəmirdən olurdu. Isparta və Romalılarda dəmir üzük taxmaq isə dəb halı almışdı. Qadınların zinət əşyası olaraq qızıl və platindən üzük taxmaları indiki zamanımızda da moda halındadır. Üzüklərin qiymətləri mədəni və qaşının dəyəriylə qiymətləndirilir.
Evlilik üzüyü tarixdə ilk olaraq Romalılar tərəfindən istifadə edilmişdir, evli cütləri subaylardan ayıra bilmək məqsədi ilə. O zamanlar Romalılar üzüyü dəmirdən taxardılar və içərisinə yazılar yazdırardılar. Yazılar əsasən bu tərzlərdə "səni sevirəm", "sən mənim üçünsən", "şansın olacağam", "itaət et və sev" yazılardı. Müasir dövrümüzdə də evlilik üzüklərinin içinə yazılar yazılır. Bu tarixdən gələn ənənə hələ də davam etdirilməkdədir.
Hətta bəzi yerlərdə üzük, kişinin evlənəcəyi adamı satın aldığı mənasını daşıyırdı. Keçmişdə bəzi inanclar vardı məsələn, üzüyün qırılması və ya itməsi evliliyə zərər gələcəyini bildirirdi. Bu batil inanclara hələ indiki zamanımızda da inanılır. Başqa bir batil inancsa, gəlin bəyə üzüyü taxarkən üzük barmaqda ilişərsə, yəni rahatlıqla keçməzsə o zaman evdə gəlinin sözünün keçəcəyini, əgər bəy üzüyü gəlinin barmağına taxarkən eyni hadisə baş verərsə bu zaman evin başçısının kişi olacağına işarə olunardı.
İndi isə aksesuarları xoşlayan xanımlara bu ilin dəbi olan bir-birindən gözəl üzüklər təqdim edirəm. Yəqin ki, bəyənərsiz seçimlərimi xanımlar/
Yarpaq formasında olan bu üzük məncə hər bir xanımın seçimi ola bilər.
Qeyri-adi görünüşlü-pişik balası başlıqlı üzüklər.
Ürək, skilet başı, dırnaq başlığı və ilan burulması, kəpənək tərzində olan bu üzüklər öz gözəlliyi ilə diqqəti çəkir.
Dəniz ulduzu görünüşlü üzük incəliyi ilə seçilir və hər bir xanımın barmağını zərif göstərəcək.
Bu il qanad formasında olan üzüklər çox dəbdədi.
Barmaqlarının uc hissəsinə taxmağı xoşlayanlar üçün.
Fotoaparat şəkili olan üzüklər qeyri-adiliyi sevən xanımlar üçün.
Barmaqlar formasında olan üzüklər.
İncə və zərif formalı üzüklər.
Ulduz şəkilli üzük məncə hər bir qadının zövqünə uyğundu.
Bu ilin dəbi kəpənək formalı üzüklər.
Xanımlarımızın əvəzolunmazı olan tək qaşlar.
Bu formada üzüklərin 3ü də eyni barmaqda və ya ayrı- ayrı istifadə edilə bilər.
Kəpənək formasında olan üzük zövqlü xanımların seçimidi.
Üzəri gül formasında olan üzük.