Keçmişdən məşhur olan və məşhurluğunu da qoruyub saxlayan çiçək taçlarını çox sevirik. Toylar üçün planlaşdırılan fotoşəkillərdə xüsusilə gözəl görünəcək və gözəl ab-hava qatacaq olan bu taclara birlikdə nəzər salaq .
Saçınıza aksesuar olaraq təbii çiçək taxaraq həm təbiiliyi, həm də gözəl qoxusu ilə qatıldığınız dəvətin ən "təzə" qonağı siz olun! Kim deyir ki, təbii çiçəklərdən yalnız gəlinlər istifadə edə bilər?!
Çiçəklərin içərisinə fərqli vəsaitlər qatmaqla istifadə edə bilərsiniz.
Hazırlanması çox asan olan bu taclar üçün təbii və ya süni çiçək, qalın bir tel və çiçəkləri simə bərkidə biləcək bant lazım olacaq.
Romantik çiçəklər yalnız naxışlarda deyil, hər cür aksesuarlarda qarşımıza çıxır. Çiçəkdən hazırlanmış taclar əsasən gəlinlərin seçimidir.
Saçlarında aksesuar kimi çiçəkdən istifadə etmək istəyənlər üçün iki variant var: süni, ya da təbii çiçək... Bizim tövsiyəmiz təbii çiçəklərdir!
Balaca qızlarımızı bəzəmək üçün də çiçək taclardan istifadə edə bilərsiniz.
Çiçəklərin arasına kəpənəklər və quşlar əlavə edərək özünüzə xas taclar düzəldə bilərsiniz.
Çobanyastığı çiçəklərindən hörülmüş bu tac da çox incə görünür.