Əziz xanımlar, gördüyümüz kimi axır illər retro stil paltarlar, ayaqqabılar və aksessuarlar çox dəbdədir. Köhnə illərdə xanımlar aksessuarlarda cürbə-cür fiqurlardan istifadə ediblər. Əşyaların, heyvanların, meyvələrin, çiçəklərin fiqurlarından istifadə ediblər. Bunların bir neçəsi ilə sizləri tanış etmək istəyirəm.
Bu tovuzquşu boyunbağı çox gözəl və rəngarəngdir.
Bayquş fiqurlu üzüklər və boyunbağılar bu il çox dəbdədir.
Quş lələklərini xatırladan bu sadə sırğalar çox gözəldirlər.
Bu qol saatıda olduqca zövqlüdür.
Fincan - nəlbəki fiqurlu boyunbağı olduqca əyləncəlidir.
Retro quş qəfəsi boyunbağıda çox dəblidir.
Bu güpür və mirvarının sintezindən olan boyunbağı olduqca zərifdır.
Bu qızılgüllü üzüyü sevməyən olmaz yəqin ki.
İşgüzar xanımlar üçün çap maşını fiqurlu boyunbağı.
Bu firuzəyi sırğalar ziyafətlər üçün uyğundur.
Məktub fiqurlu boyunbağı sevgililər üçün yaxşı seçimdir.
Bu üzük də olduqca qeyri adidir.
Şəkil çəkən fiqurlu buyunbağıda çox dəblidir.
Dərzi xanımlar üçün yaxşı seçim ola bilər.
Gənc qızlar üçün bu boyunbağı çox əyləncəlidir.
Eyfell qüllləsini sevməyən olmaz məncə.
Açılmayan qönçə gülü xatırladan bu sırğalar olduqca zərifdir.