Qadin.NET / Sinidən düzəldilmiş ev aksessuarları

Sinidən düzəldilmiş ev aksessuarları

Son zamanlar aksessuarlara demək olar ki, gündəlik həyatımızda tez-tez rast gəlirik. Dəbli, müasir evləri aksessuarsız təsəvvür etmək olmaz. Əgər evinizdə özünüz öz zövqünüzə uyğun aksessuar düzəltmək istəyirsinizsə, bu heç də çətin deyil. Bunun üçün siz şamlardan və sinilərdən istifadə etməklə gözəl bəzək əşyaları yarada bilərsiniz. Buyurun, bir neçə nümunəyə baxın..

Sinidən düzəldilmiş ev aksessuarları

Salonda, yataq otağında, vanna otağında, qısaca olaraq evinizin hər yerində sinilərlə gözəl bir görüntü yarada bilərsiniz.

Sinidən düzəldilmiş ev aksessuarları

Gümüş sinilər, qızılı rəngli sinilər, aynalı sinilər, şüşə sinilər... Bütün bunlar sizə yaxından köməkçi ola bilər.

Sinidən düzəldilmiş ev aksessuarları

Sinilərdən şamları yerləşdirmək üçün istifadə edə bilərsiniz. Evinizin rənginə uyğun şamlar və nənənizdən qalma toxunma kiçik örtüklərlə gümüş bir sinini tamamlaya bilər və xoş bir aksessuar əldə edə bilərsiniz.

Sininin içərisindəki şamlarla evinizdə romantik bir ab-hava yaradacaqsınız.

Sinidən düzəldilmiş ev aksessuarları

Sininin içərisinə yerləşdirdiyiniz şamları güllərlə daha da gözəl göstərə bilərsiniz. Yanına istədiyiniz formada balaca tablolardan qoya bilərsiniz.

Sinidən düzəldilmiş ev aksessuarları

Sinidəki şamlarınızın və çiçəklərinizin yanına dekorativ əşyalar da qoya bilərsiniz.

Sinidən düzəldilmiş ev aksessuarları

Evinizdəki kiçik antik əşyaları sininin içərisinə qoymaqla onları qoruya da bilərsiniz.

Sinidən düzəldilmiş ev aksessuarları

Zərif ləçəkli çiçəkləri balaca bir güldana qoyub siniyə yerləşdirsəniz əminəm ki, çox gözəl görünəcək.

Sinidən düzəldilmiş ev aksessuarları

Çiçəklərin yanına sevdiyiniz bir kiçik əşyanızı da yerləşdirə bilərsiniz. Beləliklə özünüz üçün gözəl bir aksessuar yaratmış olacaqsınız.

15 oktyabr 2013
GO BACK