Saytımızın gözəl və dəyərli xanımları, bu dəfəki xəbərimdə sizi bir-birindən gözəl ziyafət çantaları ilə tanış etmək istəyirəm. Çanta hər bir xanım üçün vazkeçilməz aksessuardır. Hər biri ayrı-ayrılıqda gözəl olan bu çantaları ümid edirəm ki, bütün xanımlar bəyənəcək. Buyurub baxa bilərsiniz.
Bu qara rəngdə olan çantanı istənilən rəngdə olan paltarınıza uyğulaşdıra bilərsiniz.
Boz rəngdə və üzəri qaşlarla bəzədilmiş çanta da çox gözəldir.
Ağ dəridən ibarət olan sadə çantaya üzərindəki muncuqlar gözəllik bəxş edir.
Bu gülə-çiçəyə bənzəyən çantanı da qara rəngdə olan geyiminizə uyğunlaşdıra bilərsiniz.
Bu çantanı isə bəyənməyən xanım olmayacaq. Parıltılı atlas parçadan ibarət olan bu çantaya üzərindəki bant gözəl görünüş bəxş edir.
Qara rəngdə olan bu çanta da çox gözəldir. Əsasən cavan qızlarımızın və gəlinlərimizin zövqünü oxşayacaq.
Üzərinə muncuqlardan ibarət güllər tikilmiş çanta da çox gözəldir.
Bu qızılı rəngdə qaşlardan ibarət olan çanta hər bir kəsin gözlərini qamaşdıracaq.