Demək olar ki, hər qadının ən çox istifadə etdiyi aksessuarı çantalardır. Ümumiyyətlə bu il böyük çantalar dəbdə olacaq. Dizaynerlər isə daha çox dəri çantaları tövsiyyə edir. Bu il tutqun sarı, göy, qara və boz rəngli çantalar dəbdə olacaq. Bundan əlavə rəngarəngliyi sevən qadınlar üçün mavi, yaşıl, sarı, qırmızı rəngli çantalar da dizaynerlər tərəfindən təqdim edilir.
Bu çantanı isə həftə sonları alış-veriş edərkən,rəfiqələrinizlə görüşdüyünüzdə da rahatlıqla istifadə edə bilərsiniz.
Bu çantalara uyğun ayaqqabı geyinsəniz daha yaxşı olar.
Ağ və açıq qəhvəyi rəng yay fəslinə çox uyğundur.
Çəhrayı rəng gənc qızların çox sevdiyi rəngdir.
Bu rəngi sevən xanımlarımız da var.
Bu çantanın üzərindəki işləmələr isə çantaya başqa bir gözəllik verir.
Paltarlarda olduğu kimi üstündə naxışlar və güllər olan çantalar da dəbdədir.
Bu çantanın rəngi isə sanki mavi səmanı, həm də yay fəslini xatırladır.
Ümid edirəm ki, ilan dərisindən olan çantaları siz də bəyəndiz.