Qadin.NET / Xanımlara özəl aksesuarlar

Xanımlara özəl aksesuarlar

Hər bir xanımın qarderobunda aksesuara rast gəlmək olar. Xanımlarımızın ən çox istifadə etdiyi aksesuar isə sırğadır.Sırğa seçimində ən çox qızıl və gümüş sırğalara üstünlük verilir. Bundan başqa sadə bijuteriya sevən xanımlarımız da var. Bu xəbərimdə xanımlarımız üçün bir neçə sırğa modeli seçib hazırlamışam. Buyurun baxın. Ümid edirəm ki, zövqünüzə uyğun sırğa modelləri olacaq.

Xanımlara özəl aksesuarlar

Qaşsız, sadə sırğa modeli. Rəngliliyi sevən xanımlarımızın zövqünə uyğun ola bilər. Bu sırğa həm gənc xanımlarımız, həm də orta yaşlı xanımlarımız üçün münasib ola bilər.

Xanımlara özəl aksesuarlar

Orta ölçülü, qaşsız halqavari sırğa. Gündəlik istifadə edə bilərsiniz.

Xanımlara özəl aksesuarlar

Görünür ki, bu il yaşıl rəng dəbdədir. Gündəlik istifadə üçün işə yaramasa da, ziyafətlər üçün gözəl sırğa modelidir.

Xanımlara özəl aksesuarlar

Bu sırğa ilk baxışdan köhnə model kimi görünə bilər. Amma yaşlı xanımlarımız daha çox bu model sırğaları bəyənirlər.

Xanımlara özəl aksesuarlar

Maraqlı və eyni zamanda qeyri-adi görünüşü var.

Xanımlara özəl aksesuarlar

Yaşıl, parlaq qaşlar heç vaxt dəbdən düşmür. Xüsusilə sırğa üzərində olanda daha gözəl görünür.

Xanımlara özəl aksesuarlar

Son zamanlar ağ və sarı rəng qarışıqlı zinət əşyaları dəbdən düşmək bilmir. Bu sırğa modeli daha çox gənc xanımlarımızın zövqünə uyğundur.

Xanımlara özəl aksesuarlar

Sırğanın modeli və üzərindəki daşlar çox gözəl görünür.

Xanımlara özəl aksesuarlar

Fərqliliyi, həmişə diqqət çəkməyi sevən gənc xanımlarımız üçün balı şəkilli sırğa..

Yay fəslinə uyğun sırqa modeli. Bir tərəfdə çiçəklər, digər tərəfdə güllər. Sadəcə mükəmməl bir görüntü.

Xanımlara özəl aksesuarlar

Üzəri qaşlarla örtülmüş bu sırğa daha çox orta yaşlı xanımlarımız üçündür.

Xanımlara özəl aksesuarlar

Bu sırğa mənə qədim dövrün zinət əşyalarını xatırlatdı.


Qara qaşlar hər zaman dəbdədir. Hər bir xanımın zövqünə uyğun ola bilər...

İki rəngli, üzəri qaşlı gül sırğa. Hər yaşda xanımlara uyğun sırğa modeli.

Qar dənəsi kimi zərif və qüsursuz görünür.

Xanımlara özəl aksesuarlar

Qaşsız, yarpaq şəkilli sadə bir sırğa. Gündəlik rahatlıqla istifadə edə bilərsiniz..

Xanımlara özəl aksesuarlar

Lap balaca xanım qızlarımızı da yaddan çıxarmadım. Bu isə onlar üçün çəhrayı rəngli, üzəri kəpənəkli sırğa..

5 may 2013
GO BACK