Qadin.NET / Dəbli çantalar

Dəbli çantalar

Əziz xanımlar, hər bir xanımın vaz keçilməz aksessuarlarından biri də çantadır. Çantalar hər vəziyyətdə xanımlara lazım olan əsas aksessuardır. Hər çantanın da özünün istifadə üsulu və yeri vardır. Toya, işə, alış-verişə gedərkən, körpə uşaqla və ya təkbaşına gəzintiyə çıxarkən, qonaqlıq və digər ziyafətlərə gedərkən uyğun çantalardan istifadə olunmalıdır. Sizə gündəlik həyatda istifadə edilən çantaları təqdim etmək istəyirəm. Gündəlik əsasən orta ölçülü çantalardan istifadə edilir. Bu çanta makiyaj ləvazimatı, telefon, cib dəsmalını qoymaq üçün ideal seçimdir.

 

   Körpənizlə bir yerə tək getdikdə uşaq çantasından istifadə edə bilməyənlər üçün gözəl seçimdir. Çünki həm körpəni, həm də uşaq çantasını daşımaq narahatlıq yaradır. Buna görə də daha iri həcmli çantalardan istifadə edə bilərsiniz.
Uşaga aid olan nəm salfet, birdəfəlik bez, su qabı, əmzik və s. əşyaları yığmaq üçün yararlıdır. Hətta bu çantaya körpəniz üçün bir dəst geyim də qoya bilərsiniz.
Bu çanta çemodan stilini sevənlər üçündür. Belə çantalara qoyulan əşyalar nə əzilir, nə də qırılır.
Bu tipli çantalar isə bir çoxlarının vazkeçilməzidir - leopard və laklı çantalar. Bunlar həm də həmişə dəbdə olan çanta modelləridir.
Həm işgüzar, həm də gündəlik istifadə edə biləcəyiniz bu çantaların həm rəngi, həm də stili zövqünüzü oxşayacaq. 
Dəbli çantalar
Demək olar ki, hamımız toya və ziyafətə gedərkən bu cür çantalardan istifadə edirik. Ən azından bura ənlik, dodaq boyası, telefon yerləşməlidir.
18 may 2013
GO BACK