Qadınların vaz keçilməz aksessuarı olan çanta modelləri seçim və istifadə baxımından diqqət tələb edir. Gəlin görək, modelyerlər 2013 mövsümündə bizə hansı fərqlilikləri təqdim edir.
2013-cü ilin dəbi bütün dünyada yavaş-yavaş formalaşmağa başlayır. Modelyerlər yaz-yay mövsümü üçün yeni dizaynlar üzərində işləyirlər. Yeni mövsümdə markaların öz müştərilərinə yeni və fərqli məhsullar təqdim etmə səyi təbii ki, keyfiyyəti də artırır. 2013-cü ilin çanta modelləri ilə əlaqədar xarici saytları araşdırdım. Aşağıda görmüş olduğunuz modellər yeni mövsümdə markaların öz dəb nümayişlərində təqdim etdikləri çantaların arasında diqqətləri özünə cəlb edib.
Bottega Veneta, Kenzo, Gucci, Fendi, Dries van Note və digər bir çox məşhur markaların 2013-cü il kolleksiyalarında yer tutan çantaları sizlərə təqdim edirəm. 2013-cü ilin çanta dəbini hər zaman olduğu kimi böyük markaların dizaynları təyin edir. Buna görə də 2013-cü ilin çanta modelləri bu ilin çanta dəbi baxımından əhəmiyyətlidir.
2013-cü ilin mövsümü çanta dəbi diqqətə layiqdir. Xüsusilə qara və ağ tonlar diqqət çəkir. Şəffaflıq da bu ilki çantalarda üstünlük təkil edir. Bu mövsüm çantalar daha sadə, amma daha qəşəng görünüşə malikdir. Bizi çox sadə və sakit yay mövsümü gözləyir.
Adət etmədiyimiz formada olan bu kiçik çanta getdiyiniz ziyafətlərdə hamının diqqət mərkəzində olacaq.
Enli ağ-qara zolaqlı çanta eyni rəngdə olan geyimlə çox gözəl uyğunluq təşkil edir.
Dəb daxilində hər şey bir-birinə təsir edir. Çanta dəbinin yeni dizaynında yenə şaquli qara-ağ xətli çantalar qarşımıza çıxacaq.Gördüyünüz çanta çox kiçik ölçülü bir əl çantasıdır. Bu cür çantalardan yeniyetmə qızların istifadə etməsi daha məqsədəuyğundur.
Qara, yuxarısı saçaqlı çantalar orta yaşlı xanımlarımız üçün daha məqsədəuyğundur. Bu çantada sanki bir işgüzarlıq var.