Qadin.NET / Üz şəklinə görə günəş eynəyi seçimi

Üz şəklinə görə günəş eynəyi seçimi

Günəş eynəkləri, gözlərimizi günəşin zərərli təsirlərindən qoruyarkən eyni zamanda gözəl bir aksessuardır.Təbii ki, hər kəsin üz tipi bir-birindən fərqlidir.Ancaq ümumi olaraq üz tipləri yumru, oval, dördbucaq , üçbucaq uzun olmaq üzrə beşə tipə ayrılır.Əgər günəş eynəyi seçməkdə çətinlik çəkirsinizsə, aşağıdakı məlumatlar sizin üçün yardımçı ola bilər.
Yumru üz:


Yumru üzlü insanlar geniş yanaqlara sahib olub, üzün uzunluğu ilə eni az qala bir-birinə bərabər kimidir üzləri bucaqlı deyil.Yumru üzlü insanların seçim etməməsi lazım olan eynək forması  yumru kəsimli eynəklərdir. Üzə bir az uzunluq qatmaq daha zərif görünməsini təmin etmək üçün küncləri çox kəskin olmayan dörd bucaq şəklindəki eynəklər daha uyğun olacaqdır.


Dördbucaq üz:

Dördbucaq üzlü insanlarda çənə sümükləri nəzərə çarpandir üzü əhatə edən saç xətti ilə sanki dördbucaq bir görünüş yaranır.Bu tipdə üzü bir az daha yumşaltmaq üçün yumru xətli eynəklər seçilə bilər. Bundan başqa daha kiçik çərçivələr üzü daha uzun göstərəcəkdir.
Uzun üz:



Uzun üzlü insanlarda almacıq sümükləri uzun düzdür. Bu səbəblə üzə uzunluq yerinə həcm qatacaq eynəklər seçilməlidir.
Yumru xətlərə sahib böyük çərçivələr seçim edilə biləcək eynəklər arasındadır.

Üçbucaq üz:



Üçbucaq formasında  üzü olan  insanlar dar çənə yüksək almacıq sümüklərinə malikdirlər.Bu tipdə ən səhv seçim qalın sərt xətli çərçivələrdir.Pişik eynəklər, oval və ya çərçivəsiz eynəklər seçim edilə bilər. Üst qismi daha geniş, alt qismi daha dar olan eynəklər bu tipə çox yaraşır.
Oval üz:

Oval üzlü insanlar daha geniş bir eynək seçiminə  sahib olduqları üçün digərlərindən daha şanslıdılar.Bu insanlarda böyük şüşəli eynək körpüsünün (gözlüyün üst hissəsi) qırıntılı olduğu modellər çox yaraşır.Eyni şəkildə dördbucaq şəklindəki çərçivələr, incə və ya çərçivəsiz eynəklər seçim edilə bilər.

22 mart 2013
GO BACK