Qadin.NET / Çanta modelləri

Çanta modelləri

                İstər gündəlik həyatda, istərsə də ziyafət geyimlərimizdə aksessurlardan istifadə edirik. Ən çox istifadə etdiyimiz aksessuar isə demək olar ki, çantadır .Çanta hər bir qadının qarderobunda xüsusi yer tutur. Çantalar həm geyimə, həm zövqə görə seçilir.

Bu xəbərdə sizlərə bir-birindən fərqli çanta modelləri paylaşmaq istəyirəm.Buyurun baxın...  

Çanta modelləri

Cins çantalar dəbdə olmasa da,yayda cins paltarla gözəl seçimdir.

Çoxumuz ilanı dərili çantaları bəyənməsək də,dəbdə olan modellərdəndir.Nəzərə alsaq ki,ilan ilindəyik bu çantalar daha zövqə uyğundur. 

Bu il laklı çantalar dəbdə deyil.Amma rəngi və üzərindəki bant xüsusi gözəllik verir.Yay ayları üçün məncə yaxşı seçimdir.

Qəhvə, bej tonları sevən xanımlar üçün,geniş həm də rahat bir modeldir.Həm qış, həm yay aylarında rahatlıqla istifadə edə bilərsiniz.

Səyahət üçün əlverişli bir çanta seçimidir.Həm sadə, həm rahatdır.Kiçik görünməsinə baxmayaraq bir çox əşyaları rahatlıqla yerləşdirə bilərsiniz.

Gündəlik istifadə üçün sadə və rahat bir model. Ən çox işgüzar xanımlar üçün nəzərdə tutulub.

Çanta modelləri

Ziyafət və gecə dəvətləri üçün nəzərdə tutulub.

 

Çanta modelləri

 

İdman üslubunda geyinməyi sevən xanımlar üçün məsləhətdir.Cins şalvar və idman üslublu geyimlərlə gözəl seçim olar.

 

Əsl iş qadını obrazını yaradır.Qara dəridən olan çantalar heç vaxt dəbdən düşmür.

Bu ilin dəbdə olan rəngi çox gözəl görünür.

Kübar xanımların ziyafət üçün istifadə edə biləcəyi ən gözəl çanta seçimdır.

31 yanvar 2013
GO BACK