Bəzən makyajımızın, bəzən geyimlərimizin sayəsində gözəl görünürük. Bəzən elə bir bəzək əşyası gəzdiririk ki, hər kəs bizə hörmət edir. Clutch çantaların təsiri bucürdür. Məşhur markaların Clutch çanta dizaynlarına baxaraq təsirlənməmək mümkün deyil. Mən də sizlər üçün marağınıza səbəb olacaq gecə çantaları seçdim. Buyurun izləyin.
Mövsümə gold parçalar hakimlik edir. Bu çanta ilə heç də sıravi deyilik. Bu Clutch çantanı mavi və qara bir geyimlə götürsəniz çox gözəl görünəcəyinizə əminəm.
Bu cür parçalı aksesuarlar 2013 dəbidir. Bu çanta qeyri-adi görünüşü ilə gedəcəyiniz məclisdə sizin zövqlü xanım olduğunuzu göstərəcək.
Daha bir gözqamaşdırıcı çanta. Qırmızı, qara, bənövşəyi və boz rəngləri özündə birləşdirir. Bu çantanı istədiyiniz geyimlə geyinə bilərsiniz. Rəng blokları təkcə geyimlərdə deyil, çantalarda da çox gözəl görünür.
Bu çanta bənövşəyi rənginin parıltılı formasıdır. Bir ledi kimi görünmək istəyənlərə, bu çanta sadə görünüşünüzə zəriflik qatacaq.
Lanvinin aksesuarında ki, su kimi dalğalanma hissi sizi uzaqlara aparacaq. Onsuz da yaşıl bu qışın dəb rənglərindəndir. Bu çanta sadə bir paltara möcüzə qataçaq. Dizaynı, rəngi, texnikası çox gözəl və bənzərsizdir.
Bu çanta qara süyet formasındadır. Üzərində qızıl rəngli svarovskilərlə örtülü çanta skelet baş detalı ilə göz oxşayandır. Qızılı rəngli geyimlə götürsəniz sizə çox gözəl yaraşacaq.