Qadin.NET / Əl çantaları haqqında bilmədiklərimiz

Əl çantaları haqqında bilmədiklərimiz



Hər qadının işə, bazara, gəzintiyə, səyahətə getdiyi zaman yanında daşıdığı bir aksesuarı vardır ki, bu da əl çantalarıdır.

İndiki zamanda hər dəbə, geyimimizə, və getdiyimiz yerə uyğun olan müxtəlif, göz oxşayan əl çantaları vardırdır ki, dəyərinə görə, asanlıqla əldə olunur. Lakin uzaq keçmişdə bu mümkün deyildi.



 On altıncı ərslərdə əl çantaları kiçik torbacığa oxşar aksesuar kimi tikilirdi ki, bu da qadınların uzun ətəklərinin bel hissəsinə bərkidilirdi. Xanımlar bu kiçik torbacığa, yalnız əl dəsmallarını pullarını və daha xırda əşyalarını yerləşdirə bilirdilər.


On yeddinci əsrin sonlarında dizaynerlər kişilər üçün kostyumlar fikirləşən zaman, şalvarın bel hissəsinə kisəcik, və daha sonralar bu kisəcik kostyumun cib hissəsi oldu.
On doqquzuncu əslərdə isə bacarıqlı qadınlar uzun ətəklərdən torbacığı ayıraraq, ağzı büzülmüş formada, nazik şunura bərkidilmiş kiçik əl çantası tikməyə başladılar ki, bu kiçik çantaları müncüqlarla, tül parçalarla bəzəyərək, rəngli saplarla tikilərək gözəl görünüş verməyə çalışdılar.
Ən son,  iyirminci əsrlərdə müxtəlif ölçüdə çantalar tikilməyə başlayır və pərakəndə satışa verilir.
Bu çantalar ipək parçalardan və müxtəlif heyvan dərilərindən tikilirdi.
Əsasən əl çantaları Avropa ölkələri, Fransa və İtaliyadan bizə gəlib çıxmışdır.


 

 

 

 

 



 

 

 

 

12 yanvar 2013
GO BACK