Qadin.NET / Əlcəklər

Əlcəklər

Əlcəklər aksesuar olaraq orta əsrlərdə yaranmışdır. Lakin ilk əvvəllər " əl üçün örtük" adıyla yayılmağa başlayır. Çünki, ilk əvvəllər əlcəkdə baş barmaq üçün yer ayrılmır. 

Bu daha sonralar yaranır.
Misirdə əlcəklər xörək yemək üçün, iş görən zaman əl çirklənməsin deyə hazırlanırdı.
On ikinci əsrlərdə isə əlcəklər nəinki qadın, hətta kişi qardirobunun ayrılmaz hissəsinə çevrilir.
Beləki, əlcəklər daş-qaşla, tül parçalarla dekor olunur, hətta ətirlənirdi. Kral, kraliçaların əlcəkləri isə qızıl və bahalı daş-qaşlarla bəzədilirdi ki, bu da onların yüksək rütbədə olduğunu və ləyaqətini  bildirirdi.
Broşla bəzədilmiş əlcəklər  isə, duelə çağış kimi, ailəni qorumaq kimi, gözəl bir qadın ürəyini qorumaq kimi fikirlərlə tərənnüm edilirdi.
Hər hansı bir cəngavərə qadın əlcəyinin bağışlanması, xoş hisslər kimi qəbul olunurdu və bu əlcək gecə gündüz qorunur, həyatın ayrılmaz hissəsinə çevrilirdi.
On üçüncü əsrlərdə əlcəklər daha çox yayılmağa başlayır. İngilis qaydalarına görə əlcək ən azından gün ərzində altı dəfə dəyişilməli idi. Elə bu zamandan isə əlcək " dəyişən əlcək" kimi adlandırılır.
Əlcək tikmək üçün ipək, tül, incə dəridən istifadə olunurdu. 
Gözəl əlcəklər əldə etmək üçün Avropadan İspaniyaya gedib dəri alınırdı, Fransada dəri təmizlənirdi və nəhayyət Böyük Britaniyada tikilirdi. Qadın əlcəkləri daha uzun, kişi əlcəkləri isə daha qısa olurdu.

İndi o əlcəklərdir ki, bu günümüzə qədər gəlib çıxımışdır. Əlbətdə ki, indiki zamanda  əlcək geyinmək keçmiş zamandakı kimi, müxtəlif mənalar kəsb etməsə də  yalnız dəb və qorunmaq üçün geyilir.

6 yanvar 2013
GO BACK