Qadin.NET / Düymə haqda nə bilirik?

Düymə haqda nə bilirik?

Düymə haqda nə bilirik?

         Bu mövzular çox zaman diqqət etmədiyimiz məsələlərdəndir. Kiçik detal kimi görünən düymələr əslində çox əhəmiyyətli bir aksesuar sayılır. Zara, Mango, Hugo Boss, Marks & Spencer kimi məşhur moda markalarının düymələrini hazırlayan "Form Düğme"nin modelyerləri düymə ilə dəb arasındakı əlaqəni açıqlayıblar.

Düymələrin quruluşu mövsümlərə, yoxsa mövsümdəki yeniliklərə görə dəyişir?
Düymə haqda nə bilirik?

Əslində hər ikisinə görə də dəyişdiyini söyləyə bilərik. Düymələrin qalınlığı, rəngi və növləri dəbə uyğun olaraq mövsümdən-mövsümə dəyişir. 2012-ci ilin yayında açıq mavi, yaşıl, çəhrayı, sümük və daş rənglərindəki sədəf, sümük və kokonat düymələrin hakim olduğu paltarlara üstünlük verilirdi. Payız-qış dövründə isə qəhvəyi, qara və göy rəng tonlarındakı düymələrdən daha çox istifadə edilir. Qışda istifadə edilən qalın yun geyimlər üçün ümumiyyətlə, böyük  və tünd rəngdə düymələrdən istifadə edilir. Yaz dövrü üçün hazırlanan incə və rahat paltarların üzərində isə açıq və təbii rənglərdə düymələr daha çox seçilir.

Düymə haqda nə bilirik?

   Düymə trendləri varmı?

  Düymənin trendini dəb yaradır. Ancaq korozo, sədəf, buynuz düymələrinin heç bir zaman dəbdən düşməyəcəyini söyləyə bilərik. Bundan başqa, yeni dövrə aid dəbli paltarlarda düymə modelləri üzərində lazer, nostalji, örtmə kimi  fərqli dizaynlar yaradılır. Hal-hazırda ən çox seçilən düymə modelləri parlaq və köhnə görünüşə sahib olan düymələrdir.

Düymə haqda nə bilirik?

Paltar alarkən düymə seçimi əhəmiyyətli ola bilərmi?

Düymələr yalnız lazımlı aksesuar deyil, eyni zamanda paltara gözəllik verir. Hər şeyə əhəmiyyət verən, işində və şəxsi həyatında keyfiyyət və gözəlliyə əhəmiyyət verənlər köynək və ya paltar alarkən mütləq düyməsinə baxırlar. Seçdiyi paltarın düyməsinin də paltar qədər keyfiyyətli və qəşəng olmasına əhəmiyyət verirlər.

Düymə haqda nə bilirik?

Təbii düymələrin digər düymələrdən fərqi nədir?

  Hal-hazırda hər şeyin təbii  olmasını istəsək də, bu, zaman-zaman firmalar tərəfindən nəzərə alınmır. Təbii düymələr tamamilə təbiətdən gələn məhsullardır. Yəni onlarda heç bir kimyəvi maddə yoxdur və insan sağlamlığına zərər vermir.

Düymə haqda nə bilirik?
29 fevral 2016
GO BACK