Qışın oğlan çağı olan bu aralar bayıra çıxmaq çoxumuza işgəncə kimi gəlsə də, papaq, şərf və əlcək bizi qışın soyuğundan qoruyacaq. Hər rəngdə və hər modeldə olan bu papaq və şərflər xanımlar üçün qış fəslinin vazkeçilməzi sayılır. Bu qış da qadınlar üçün toxunma papaqlar dəbdədir. Belə papaqlar qadınların qış fəslində də cazibədar görünməsinə səbəb olur. Papaq vasitəsilə siz öz obrazınızı tamamlaya bilərsiniz. Qış papaqları vasitəsilə üz formasını dəyişmək olar ki, bu da üzünüzün gözəgəlimli olmasına səbəb olar.
Şərflər və əlcəklər qadınlar üçün vacib aksesuarlardan sayılır. Şərf alarkən onun uzunluğuna diqqət edin. Belə şərfi düzgün bağlamaqla bir anda dəbli obraz yarada bilərsiniz.
Mövsümün modası olan narıncı rəngli şərf, papaq və əlcək iddialı bir tərz yaradır.
Klassik geyimi sevənlər üçün pudra və qəhvə tonlarıyla bu papaq-şərf dəsti bir-birinə cox gözəl uyğunlaşır.
Rəngli geyinməyi sevənlər üçün çəhrayı detalları olan bu papaq-şərf dəsti cox gözəl seçimdir.
Gecə geyiminizə və kürk mantonuza yoldaşlıq edəcək parlaq daşlı bu dəsti çox bəyənəcəksiniz.
Südlü qəhvə rəngli bu dəst bürünc rəngli dərisi olanlara cox yaraşacaq.
Uşaq kimi geyinməyi və rahat olmağı sevənlər üçün boz rəngli,qulaqlıq detallı bu dəsti gündəlik paltarlarla rahatlıqla istifadə etmək
mümkündür.
Sadə plaşla naxışlı papaq, şərf və əlcək dəsti geyiminizi rəngləndirəcək.
Qeyri-adiliyi sevən xanımlar üçün çox gözəl seçim olar.
Məhşurların həmişə geydikləri bu bu cür papaqlara siz də müraciət etsəniz, daha gözəl,incə və cazibədar görünəcəksiniz.
Xanımların çox əvvəllər istifadə etdikləri böyük,zərif papaqlar yenə dəbdədir. Bu cür papaqlar gündüz paltarlarla tez-tez istifadə edildiyi kimi, gecə də istifadə edənlərə ayrı bir gözəllik qatır.