Sevgi elə bir eynək taxır ki,ondan baxanda kasıblıq zənginlik kimi,od zərrələri qızıl mirvari kimi görünür.(M.S.Servantes)
300 ildən bir qədər çox əvvəl Günəş şüası eynəklərininilk nümunələrikəşf edilib.O vaxtdan rəngli şüşələri olan eynəklər dəbdədir.Lakin bu tək dəb deyil,həm də sağlamlığın atributudur.
İşığın qəbul edilməsində şüşə və plastik eynəklər arasında fərq yoxdur.Fərq yalnız bu eynəklərin yararlı olub-olmamasındadır.Plastik eynəklər həmişə daha tez cızılır,ona görə də bu cür eynəkləri tez-tez təzələmək,bəzən hər il iki ,üç dəfə dəyişmək lazım gəlir.Çünki cızılmış eynəkləri taxmaq olmaz.Bütün eynəkləri yumşaq ftulyarda saxlamaq,onları yalnız şüşəsi yuxarı vəziyyətdə qoymaq lazımdır.
QƏHVƏYİ GÖZLÜK
Qəhvəyi şüşələri olan eynəklə işıq kölgəsini artırır,işıqlanmış zonaları tündləşdirir,dolğunluq və dərinlik hissiyatı yaradır.Bu eynəklər çəpgöz adamlara daha çox uyğun gəlir.
YAŞIL GÖZLÜK
Yaşıl şüşəli eynəklər peyzajı tündləşdirmir və rəngləri aydın görməyə kömək edir.Onlar, adətən, yaşlı adamlara və qlaukomadan əziyyət çəkənlərə məsləhət görülür.Yaşıl rəng əsəb sistemini sakitləşdirir,rahatlıq hissiyatı yaradır. Yaşıl eynəklərdən istifadə zamanıdaxili gözdəki maye daha yaxşı axır və bu gözdəki daxili təzyiqi aşağı salır.
GÖY GÖZLÜK
Göy şüşəli eynəklər gözqamaşdırıcı günəş ,həmçinin infraqırmızı şüalardan daha yaxşı qoruyur.
QIRMIZI GÖZLÜK
Qırmızı,sarı,narıncı şüşələr əsəb sistemini qıcıqlandırır və gözdaxili təzyiqi artırır ki,bu da spazmaya və gözdaxilimayenin axdığı yolun daralmasına səbəb olur.Bununla belə sarı şüşələr güclü duman və ya gecə vaxtı sürücülər üçün daha yaxşıdır.