Aksessuarlarınız göz önündə olsun!
Havaların soyuması ilə qarderobda uzun qollu geyimlərin görünməsi təbii haldır. Lakin heç bir aksessuarsız bu cür geyimlər darıxdırıcı görünür, bir az bər-bəzək tələb edir. Moda blogerləri və stilistlər bu mövsüm sviter və ya bluzun üstünə bilərzik taxmağı təklif edirlər.
Bilərzikləri bu şəkildə taxmaq mövsüm trendlərindən biridir. Neytral rənglərlə həmcli qızılı bilərziklərin tandemi daha yaxşı görünür. İncə zəncirlər isə manjetin üstündə itəcək. Qolları qırışdırmamaq üçün biləyinizi çox qatlı bəzək əşyaları ilə həddindən artıq yükləməyə gərək yoxdur, sadəcə biri kifayət edər.
Aytən Məftun (publika.az)