1. Qısaboylu xanımlar
Qısaboylu xanımlar üçün ən ideal çanta modellərindən biri də kiçik çantalardır. Kiçik çantalar, qısaboylu xanımları olduğundan daha uzun göstərir. Bacardıqca uzun və böyük çantalardan qaçmalıdılar.
2. Arıq və uzunboylu xanımlar
Əgər arıq və uzun fiziki quruluşa sahibsinizsə, çox şanslısınız. Belə qadınlar demək olar ki, hər çanta ilə mükəmməl uyğunluq tapa bilərlər. Böyük çantalar, çiyində çarpaz daşınan modellər və ya klaç çantalar ideal hesab olunur. Rəngli və aksesuarlı modellərə üstünlük verə bilərsiniz. Kiçik və qolsuz çantalardan qaçmağı tövsiyə edirik, qəribə görüntü yarana bilər.
3. Bədənin üst hissəsi daha iri olan xanımlar
Əgər bədənizin üst hissəsi daha iridirsə, belinizə və budunuza diqqət çəkməlisiniz. Uzun qollu çantalar sizin üçün ideal hesab olunur. Qısa qollu modellərdən uzaq olun.