Biz həmin xoşbəxt ölkələrdən biriyik ki, ilin 4 fəslini olduğu kimi yaşayırıq. Artıq yaz fəsli gəlir və günəş şüaları tezliklə hər yanı isidəcək. Odur ki, dolabdan eynəkləri çıxarma vaxtı gəlib çatıb. Əgər keçən yay aldığınız eynək modeli sizi qane etmirsə, o zaman dizaynerlərin bu ilin tendensiyasına uyğun olaraq hazırladığı eynək modellərini sizə təqdim etmək istəyirəm. Həm də sadalanacaq məlumatlardan yararlanaraq üz quruluşunuza uyğun modeli də öyrənmiş olacaqsınız. Bununla da siz özünüzə təkcə yay ayı üçün "oyuncaq" yox, həm də çoxfunksiyalı aksessuar əldə etmiş olacaqsınız. Qeyd etmək lazımdır ki, qadınların çoxu heç gözündə problemi olmasa belə şıq görünmək üçün eynəklərdən istifadə edir. Eynək seçən zaman onun gözəlliyi ilə yanaşı rahat olması da önəmlidir.
1. İlk növbədə burun yastıqcıqlarına fikir vermək lazımdır. Onlar burnu çox sıxmamalıdır. Çünki burun yastıqları sonradan burnun üzərində heç də xoşa gəlməyən izlər qoya bilər. Ən yaxşısı yumşaq silikonlu olanları seçməkdir.
2. Digər əsas komponenti eynəyin qulağa bərkidilən hissələri təşkil edir. Onun uzunluğu tamamilə çərçivəsindən qulaq seyvanının arxasına keçən qədər olmalıdır. Qulaqcıqlar qulağa təzyiq etməməlidir. Çərçivə mütləq rahat olmalı və hətta uzun müddət istifadə zamanı belə heç bir narahatlıq yaratmamalıdır.
Rahat olması ilə yanaşı, həm günəş, həm də optik eynəklər üz quruluşuna uyğun olmalıdır. Burda məsələ təkcə sizin tərzinizdən getmir. Taxılan eynək sizin qüsurlarınızı korrektə edə və ya sizə çox çirkin görünüş də verə bilər. Ona görə də eynəklərinizi çox dəqiq seçin.
Beləliklə, görək dizaynerlər 2014-cü ilə hansı çərçivədən baxırlar?!
Dairəvi çərçivəli eynəklər
2014-cü ilin yaz-yay kolleksiyasında dominant mövqedə olan modelləri dairəvi eynəklər təşkil edəcək. Rəngli şüşələrdən hazırlanmış eynəklər həm çərçivəsiz, həm də qalın çərçivəli hazırlanıb.
Missoninin bu eynək kolleksiyası Leqonun konstruktur hissəsinə bənzəyir.
Jonathan Sonunders 2014 yaz-yay kolleksiyası "Buratino" nağılındakı Bazilio adlı pişiyin eynəyini xatırladır.
Prenn kiçik bir qızın gəlincik eynəyinə bənzəyir.
Pişik gözü eynəklər
Bir çox xanımların üstünlük verdiyi pişik gözlü modellər 2014-cu ildə də dizaynerlərin hazırladığı kolleksiyalarda ön sıralardadır.
Damir Doma Modellero 80-cı illərin tərzini xatırladır.
Versace həmişə olduğu kimi möhtəşəm kolleksiya təqdim edir.
Kiçik formalar
Köhnə dəbli kiçik gözlü eynəklərin qarşısından nostalji hissləri yaşayaraq təbəssümsüz keçməmək mümkün deyil. Burberry Prorsum və Rochas markaları oval çərçivəli eynəkləri yenidən bu ilin tendensiyasına uyğun hazırlamağı bacarmışlar.
P.S. Əgər yorulmadınızsa, o zaman daha bir neçə eynək modeli təqdim etmək istərdim.
Gucci və Miu Miu kolleksiyasında hazırlanmış eynəklər müasir və cəlbedici hədiyyə ola bilər.
Klassik çərçivəli lüks detallı Bvlgari eynəkləri azad və işgüzar xanımlar üçün nəzərdə tutulub. Dior isə bu il Dior Demoiselle seriya eynəklərini təqdim edir. Dəqiq konturlu pastel rəngli və parlaq detallar "Kəpənək" siluetini xatırladır. İncə və nazlı xaımlar üçün nəzərdə tutulub.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hamiləlik dövründə bunlardan zövq alın
İslamiada: Azərbaycan liderlər arasındadır - CƏDVƏL
Diş əti çəkilməsinin səbəbləri
Labirint-4
Ali Sunal Kamal Sunal üçün paylaşım etdi-FOTO
İlin Ən Pis filmlərinin reytinqi hazırlandı
Günün ulduz falı
Cizgi filmi və uşaqlar
Araz çayının suyunun Urmiya gölünə axıdılması başlayır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Lavandalı limonad (foto resept)
İsrail parlamentində yolka yasaqlandı
Ədat
Ziynet Salı ərə getdi-FOTO
Mercedes-Benz-dən super Brabus
Utanmağın səbəbləri
Özünə hesabat verməyin yolları
Alişan və Buse yeni FOTO paylaşdı
Hikmət Hacıyev: “Ermənistanın mülki vətəndaşlara qarşı müharibə cinayətləri dayanmır”
BÜRCLƏR bizə nə vəd edir? - 21 fevral
Məşhurlar 2020-ci ili “dayanmağa” çağırdı - VİDEO
Nobel mükafatı laureatı vəfat etdi
Ayın 17-si “Bilik günü” qeyd edilməyəcək-SƏBƏB
Ralph Laurenin payız kolleksiyası
Ledi Qaganın HAMİLƏLİK xəbəri yayıldı
Mənfi düşüncələrə vida edin
Kosmosa danışan robot göndərildi
Bu ölkədə atalıq məzuniyyəti də olacaq
Hicablı gəlinliklər
Sobada balonda kabab (foto resept)
Buzun fərqli quruluşları
Bu dərman hamilələrə zərərlidir – Uşağın beyninə təsir edir
Dəri üçün faydalı olan 4 ərzaq
Arı beyninin üstünlüyü
Rus alimlərindən inqilabi addım: Təbii antibiotik kəşf olundu
Dünyanın ən peşəkar həkimləri - “Forbes” açıqladı
İsrail mətbuatı Azərbaycanın Birinci Xanımından yazdı
"iPhone 7Pro" gəlir
Su üzərində Günəşdən enerji alınacaq
Məşhur aktyor Dünyanın Ən Yaraşıqlı Kişisi seçildi-FOTO
HAVA necə olacaq? 21 İyun
Merkel Azərbaycan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Zakir Həsənov və Hulusi Akar ermənilərin Gəncəyə xain hücumunu müzakirə etdi
İkiüzlülük (nifaq)
Günün qoroskopu: əyləncəni unudun
Ermənistan prezidentinin daha bir yalanı ifşa edildi
Dünyanın ən bahalı sikkəsi hərraca qoyuldu
Azərbaycan ordusu mülki əhalini atəşə tutmur - RƏSMİ
Küftəli tərəvəz şorbası (foto resept)
Putin koronavirus xəstəxanasını ziyarət etdi, heç kim onu tanımadı - VİDEO
- ŞƏRHLƏR