Qadin.NET / Tahirə Qürrətül-Eyn - 200 (III hissə)

Tahirə Qürrətül-Eyn - 200 (III hissə)

 

Tahirə Qürrətül-Eyn - 200 (III hissə)

Qəzvin hakimi babilikdə şübhəli bilinən hər kəsi həbs etdirir və məsələni dərhal Məhəmməd Şah Qacara ( 1834-1848 ) çatdırır. Şeyx Saleh bu hadisəni tək törətdiyini desə də, heç kimə aman verilmir. Kütləvi həbslər baş alıb gedir. Atasının yerinə keçən, Qəzvinin imamcüməsi olan Molla Məhəmməd Tehrandakı ali din xadimlərini bu işdə suçlayır, onları babilərə qarşı sərgilədikləri liberal davranışlara görə qınayır. Daha çox “ qan “ tələb edən Məhəmmədi sakitləşdirməkçün “ günahkarların tapılıb cəzalandırılması “ işini onun özünə həvalə edirlər.

Çox sayda insan işgəncələrdən sonra edam edilir. Qürrətül-Eyn də ciddi nəzarətə götürülür. Uzun sürən istintaqdan sonra onun günahsız olması sübuta yetirilir. Bundan sonra isə onu əsassız surətdə ev dustaqlığına məhkum edirlər. Bir müddətdən sonra Qürrətül-Eynin azadlığa buraxılmadığını görən hərəkat üzvləri Bəhaullahın dəstəyilə onun qaçış planını hazırlayaraq, dustaqlıqdan xilas edirlər. Tehran yolu ilə Xorasana yola düşən Qürrətül-Eynin məhz bu gündən edamına qədər olan qısa bir sürədə tarixə qanıyla yazdığı aktiv mübarizə həyatı başlayır.
Zərrintac Tehranda Mirzə Hüseyn Əli Nurinin-Bəhaullahın himayəsi altında şəhərin içində və çölündə gizli qalmaqla bir neçə ay keçirir. 1848-ci ilin ortalarına doğru, babilərin Xorasanda toplanmaları üçün ümumi çağırışdan sonra, o, Tehranı tərk edir və konfransda iştirak etmək üçün Bədəştə yola düşür. Və hərəkatın gələcəyinin müəyyən edilməsində çox böyük rol oynayır.
Onun babilər hərəkatında tutduğu mövqe təkcə rəhbərliyi ilə məhdudlaşmır. Qürrətül-Eynin fəaliyyətində ictimai təlatüm doğurmuş, həm babilər hərəkatında, həm də bütün dünyada ictimai-siyasi proseslərin gedişini dəyişmiş məqamlar olmuşdur. Qürrətül-Eyn tarixə qadın azadlıqlarının ilk carçısı kimi daxil olur. O, İslam Şərqində çadrasını nümayişkaranə atmış ilk müsəlman qadındır. Bu hadisə belə baş verib.
1848-ci ilin iyun-iyul aylarında ( 1264, rəcəb-şaban ayları ) Bəstamın şərqində, Xorasan-Mazandaran yolunun üstündə yerləşən Bədəşt kəndində konfrans baş tutur. Seyid Əli Məhəmmədin-Babın həbsdən azad olunması planını nəzərdə tutan yığıncaqda xüsusi mülkiyyətin, feodal biyar və vergilərinin əleyhinə çıxışlar edilir və hakim sinfin imtiyazlarının ləğv edilməsi tələbləri də irəli sürülür.
Qürrətül-Eyn bu konfransda 80 kişiylə bərabər iştirak edən və eyni zamanda onlara qarşı çıxan və qələbə qazanan ilk qadın alim kimi adını tarixə yazır. O, fikirlərini bitirdikdən sonra çadrasını yerə atır. Bu hadisənin yaratdığı təsir çox dərin olur. Bəziləri əlləri ilə üzlərini örtür, digərləri özlərindən keçərək yerə sərilir, bir başqaları da başlarını öz əbaları ilə örtürlər ki, Ülyahəzrətləri Zərrintacın üzünü görməsinlər.
Küçədən keçən tanış omayan bir qadının üzünü görmək günah olduğu halda, Qürrətül-Eyn kimi təmizlik simvolu olan bir varlığa baxmaq bəşəri cinayət idi. Onun bu hərəkətinə heyrətlənmiş bir konfrans nümayəndəsi isə hətta qəzəbindən öz boğazını kəsir, bir neçəsi isə nifrətlə ona hucum edir. Lakin Zərrintac özünün möhkəm iradəsi, soyuqqanlılığı və bəlağətli nitqi ilə qəzəblənmiş kişiləri sakitləşdirir, onları geriyə çəkilməyə və ona qulaq asmağa məcbur edir.O, çıxış edərək deyir: “ Qalxın qardaşlar, Quranın dedikləri yerinə yetdi, yeni era başlamışdır. Mən sizin bacınız deyiləmmi, sizsə mənim qardaşım? Siz mənə həqiqi dost kimi baxa bilməzsinizmi? Bir bacı nə vaxt üzünü qardaşından gizlədib? Əgər siz beyninizdəki şər fikirləri çıxara bilmirsinizsə, ( çünki o dövrdə üzünü niqabla örtməmək görünməmiş bir şey idi ) onda siz həyatınızı böyük iş üçün necə verəcəksiniz?.. Gəlin, qadınlarımızı azad edək və cəmiyyətimizi islah edək. Gəlin, mövhumat və xudbinlik qəbirlərindən qalxaq və qiyamət gününün yaxın olduğunu bəyan edək; onda bütün dünya vicdan azadlığına və yeni həyata cavab verəcək! Bu qiyamət şeypurunun səsi mənəm.”
Qürrətül-Eynin konfransdakı qələbəsi uğrunda canını verdiyi ideologiyaya mənən tam hazır olmasında idi. Silahdaşlarının dili “ bacı “ desə də, beyinləri bunu dərk etmədə aciz idi. Cismən onlara yad olan, bioloji bağlarla bağlanmayan biri onlarçün “ dildə “ bacı idi, belə isə yad olaraq qalırdı. Ruhən və cismən vəhdət təşkil edən, qəlbi və nitqi ilə amallarına xidmət edən Qürrətül-Eyn isə həmin gün onlara və eyni zamanda bütün bəşəriyyətə həyat dərsi keçdi. Və böyük əksəriyyətin səs çoxluğu ilə hərəkatın lideri seçildi.
Bədəşt konfransı Zərrintac Qürrətül-Eynin babi karyerasının zirvəsi hesab olunur.
Sonralar Zərrintacın liderliyini qısqanan kişilər ondan həbsdə olan Baba şikayət edərkən o, onu Tahirə - yəni “ olduqca pak “ elan edərək mükafatlandırır. Zərrintac Nə Babı, nə də Kazım Rəştini həyatda görə bilmir. Və Zərrintac kimi doğulan qız ustadı və rəhbəri tərəfindən verilmiş təxəllüslərlə Tahirə Qürrətül-Eyn olaraq tarixə keçir
Üsyan edən babilər Tahirə Qürrətül-Eynin də rəhbərlik etdiyi Mazandaranda, Barforuş şəhərinin yaxınlığında tikdikləri qalada mülkiyyətin ümumiləşdirilməsinə təşəbbüs göstərirlər. Şah ordusunun rəhbərliyi qalanı bir neçə ay nəticəsiz mühasirədə saxlayır, sonra üsyançıları əfv etməklə aldadıb qaladan çıxardır və hamısını qırır. Bu, 1849-cu ildə baş verir. 1850-ci ildə Zəncanda baş verən babilər üsyanı da belə nəticələnir. Həmin ildə Neyriz şəhərində baş verən üsyan da yalan və qəddarlıqla yatırılır...
6 ilə yaxın bir müddət fəaliyyətdən sonra Babı 1850-ci il iyulun 9-da Təbrizdə edam edirlər, lakin müxtəlif yerlərə yayılmış ardıcıllarını tamamən məhv edə bilmirlər.
Bundan sonra Tahirəni Tehran polis jandarm rəisi Mahmud Xan Kələntərin nəzarətinə verirlər və Qürrətül-Eyn 1852-ci ilin avqustunda edam olunana qədər o evdə qalır. Onun dustaqlığı çox sərt deyildi və ayrı-ayrı babilər onu müxtəlif bəhanələr altında görə bilirdilər. O, çoxsaylı kişi və qadın ziyarətçiləri qəbul edir. Tahirə mövcud şəraitdə qadınların aşağı rolunu göstərməklə əksəriyyətdə dərin təsir buraxır və babilik hərəkatının qadınlara verdiyi azadlıq və hörməti göstərməklə onları heyran edir. Bunun da nəticəsində orada elə müzakirələr keçirilir ki, kişilər oradan heç də həmişə qalib çıxa bilmirlər
16 iyul 1831-ci ildə Təbriz şəhərində Р°nР°dР°n Рѕlmuş Nasirəddin şah mirzə Məhəmməd şah oğlu Qovanlı-Qacar 1848-ci ildə könüllü olmasa da tахt-tР°cР° əyləşir. Taxta çıxana qədər fars dilini bilmir, doğma ana dilində-türkcə danışır. Poeziya, ovçuluq və foto sənətinə aludəçiliyi ilə tanınır, reformasiya tərəfdarı kimi anılır.
MüРєəmməl sР°rР°y təlim-tərbiyəsi, təhsili Р°lmış NР°sirəddin şР°h səyР°həti sРµvirdi. Bir çРѕС… ölРєələri gəzmiş, yР°zıçılığı və şР°irliyi vР°rdı. Qacarlar dövlətinin IV şahı NР°sirəddin şР°h 1896-cı il, may ayının birində TРµhrР°ndР° “ ŞР°h Əbdüləzim “ məscidində nР°mР°z qılР°rРєən Mirzə Rza Kirmani tərəfindən qətlə yetirilir. Şəhid şР°h Рєimi Р°nılır.
Nəsrəddin şahın ( 1848 mart – 1896 avqust ) hökmdarlığının erkən hissəsi babilər hərəkatının yaranması ilə müşahidə olundu. Onun zamanının İranı hər cür korrupsiyaya uğrayaraq laxlamış monarxiya idi ki, xalq yoxsulluq və dini fanatizm tərəfindən idarə edilirdi.
Nəsrəddin şah Qacarla Tahirə Qürrətül-Eyn arasında bir görüş keçirildiyi məlumdur. Onun ağlına, şeirlərindəki poetikaya, təfsir sahəsindəki rəqabətsiz liderliyinə, əqidəsinə və s. məftun olan şah belə bir şəxsiyyətin məhv olmasını istəmir. ( Bəlkə də hər ikisinin türk olması, şahın da poeziyaya meylli olma faktoru da burada müəyyən rol oynayır ) Və ona evlilik təklifi edir. Onu yalnız bu yolla fətvadan xilas edə biləcəyini bildirir.Tahirə Qürrətül-Eyn:
-Mən sürgün və həbslərdə, döyüş meydanlarında insan, ələlxüsus da qadın azadlığı uğrunda ona görə mübarizə aparmamışam ki, sonda sizə ərə gedim! “ Səyyar həbsxana “ nı oturaq zindana dəyişəcək qədər aciz deyiləm - cavabını verir. Sonda bir bənd şeir söyləyərək barəsində verilmiş fitvanı qəbul etdiyini bəyan edir:
Sənə sənin səltənətin, cahü-cəlalın,
Mənə isə zahidin yolu və vəsiləsi.
Əgər o yaxşıdırsa, özünə saxla,
Əgər bu pisdirsə, mənim qismətim.
Ardı Var...
Araşdırma müəllifi: Jurnalist- Kəmalə Əliyeva
21 fevral 2018
GO BACK